26.11.2015 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Meşkinşəhr (Xiyav) şəhərində dinc fəal Siyamək Seyfinin atası evinə hücum çəkib.
Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, ETTELAAT-ın Meşkinşəhr şöbəsinin əməkdaşları son günlərdə Siyamək Seyfini tutmaq üçün iki dəfə onun qaldığı atası evinə basqın ediblər. Lakin fəal, hər iki hücum zamanı evdə olmayıb. Nəticədə ETTELAAT məmurları gənc fəalın valideynlərini hədələyiblər.
Təhlükəsizlik qüvvələri fəalın ailə üzvlərinə deyiblər ki, o ifadə vermək üçün ETTELAAT idarəsinə gəlməlidir. Əks təqdirdə onun həbs olunması üçün tədbir görəcəklər”.
Qeyd edək ki, iki həftə əvvəl Güney Azərbaycanın müxtəlif şəhərlərində fars irqçiliyinə qarşı kütləvi etirazlardan sonra dinc fəallara qarşı təzyiqlər gücləndirilib.

Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |