26.11.2015 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
15 gün əvvəl Güney Azərbaycanın Məlikan şəhərində tutulan azərbaycanlı qardaşlar Səccad və Fərdin Əfruziyanın taleyi naməlum olaraq qalır.
Dinc fəalların ailə üzvlərinin dediyinə görə onlar tutulandan 10 gün sonra yalnız bir dəfə evlərinə zəng vuraraq ETTELAAT-ın Təbrizdəki idarəsinin təcridxanasında saxlandıqlarını bildiriblər. Qısa telefon danışığında azərbaycanlı qardaşın saxlandıqları vəziyyət barədə məlumat verməsinə imkan verilməyib.
Güney mənbələrinin yaydığı məlumatda bildirilir ki, Səccad və Fərdin Əfruziyanın anası övladlarının vəziyyətini öyrənmək üçün noyabrın 25-də Təbriz prokurorluğuna üz tutub. Lakin onun prokurorluq binasına girişinin qarşısı alınıb. Bu isə məhbus qardaşların valideynlərinin ciddi nigarançılığına səbəb olub.
Xatırladaq ki, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları noyabrın 10-u axşam saatlarında dinc fəallar Səccad və Fərdin Əfruziyanın Məlikandakı mənzilinə basqın edərək onları tutub aparıblar. Yayılan məlumatlara görə, qardaşlar tutulmazdan əvvəl irqçiliyə qarşı dinc aksiya keçirməyə icazə almaq üçün Məlikan fərmandarlığına üz tutmuşdular. Lakin onlara aksiya keçirmək icazəsi verilməmişdi.

Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |