04.02.2012 [09:31] - Diaspor
Fevralın 2-də Vilnüsdəki Milli İcmalar Evində Litvanın xarici işlər naziri Audryonis Ajubalisin iştirakı ilə ölkənin milli azlıq təşkilatlarının nümayəndələri ilə görüş və dəyirmi masa keçirilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən Davam.az - a verilən məlumata görə, dəyirmi masada Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının rəhbəri Mahir Həmzəyev ev sahibi olaraq tədbirin aparıcısı qismində iştirak edib.
2013-cü ildə Litva Respublikasının Avropa Birliyinə sədrlik etmək məsələsi ilə bağlı keçirilən bu tədbir ölkənin milli azlıq təşkilatları ilə məşvərət xarakteri daşıyıb. Nazir ofisi burada yerləşən Litva Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti ilə də yaxından maraqlanıb. A. Ajubalisə cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verilib. Nazir cəmiyyətin sədri Mahir Həmzəyevə Litva dövlətinin etnik siyasətinin həyata keçirilməsi sahəsində verdiyi mühüm töhfələrə, Litva-Azərbaycan ictimai-mədəni əlaqələrinin inkişaf etdirilməsində göstərdiyi uğurlu fəaliyyətə görə təşəkkür edərək ona nazirliyin xüsusi hədiyyəsini təqdim edib.

Bu xəbər oxucular tərəfindən 1390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |