27.11.2015 [10:04] - Güney Azərbaycan xəbərləri, İdman
Tehranın “Neft” və “İstiqlal” takımları arasında keçirilən müsabiqədə “İstiqlal” komandası yarışın qalibi olub.
Noyabrın 25-də (azərin 4-də) İran kubokunun (cam-i həzfi rəqabətləri) dörddə bir final mərhələsi çərçivəsində keçirilən müsabiqə 5:4 hesabı ilə “İstiqlal”ın xeyirinə yekunlaşıb. Bu yarış Tehranın Təxti stadionunda baş tutub.
Bu nəticədən sonra “İstiqlal” komandası İran kubokunun yarımfinal final mərhələsində Azərbaycanın “Traxtur” komandası ilə qarşılaşacaq. Müsabiqə Təbrizdə keçiriləcək.
1-ci gün (doşənbə günü) isə “Traxtur” İran üzrə futbol klublarının super liqa rəqabətləri çərçivəsində “Mələvan” komandası ilə qarşılaşacaq. “Mələvan” klubunun məsulları “Traxtur”dan imtiyaz almaq üçün ciddi hazırlıqlara başlayıb. Onlar Bəndər Ənzəlidə keçiriləcək müsabiqəyə çoxlu tamaşaçı cəlb etməyə çalışır. Tamaşaçıları stadiona pulsuz buraxmaq üçün artıq idari işlər başlanılıb və böyük ehtimalla bu barədə rəsmi qərar veriləcək. İdman (vərziş) saytları Təbrizdə də “Traxtur” tərəfdarları üçün eyni şəraitin yaradılmasını faydalı hesab edirlər.
Bu arada “Traxtur”un kapitanı, komandasının son durumundan danışıb. Məhəmməd İran Purian bildirib ki, “təəssüflər olsun ki, hazırkı vəziyyətdə bizim komandamız heç də yaxşı durumda deyil və əldən verilən imtiyazlarla “Traxtur” cədvəlin ona yaraşmayan bir yerində qərarlaşıb.”
Komanda kapitanı, gələcək müsabiqələrdə yeni nəticələrin əldə edilməsi ilə vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib.

Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |