Şrift:
Rəfsəncani: “Allah qoysa Üləma Məclisi seçkisinə mən özüm də qatılacağam”
27.11.2015 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani noyabrın 25-də bir qrup tələbə ilə görüşərək qarşıdan gələn Üləma Məclisinə seçkilərdən danışıb.
Rəfsəncani deyib ki, 2016-cı ilin martında keçiriləcək Üləma Məclisinə seçkilər islam inqilabı tarixində ən taleyüklü seçkilərdən biri olacaq: “Bu seçkilərin icrası və həyata keçirilməsi elə bir tərzdə olmaslıdır ki, insanları birləşdirib gücləndirməklə xalqın və cəmiyyətin yeni bir siyasi qəhrəmanlıq yaratmasına stimul versin. Allah qoysa Üləma Məclisi seçkisinə mən özüm də qatılacağam”.

Qeyd edək ki, İranda hakimiyyətdaxili mühafizəkar və üsulçu cərəyanlar islahatçılara yaxınlığı ilə tanınan Haşimi Rəfsəncani və ona yaxın adamların Üləma Məclisi seçkisinə qatılacağından əndişələnir, nigaranlıq hissi keçirilirlər.

İran İslam Respublikası konstitusiyasına (ana yasasına) əsasən, Üləma Məclisi, İranın dini liderini seçmək və ya lazım bildiyi təqdirdə onu bu vəzifədən kənarlaşdırmaq barədə səlahiyyəti olan yeganə qurumdur.
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed