Şrift:
Naxçıvan MR-nın iştirakı ilə Beynəlxalq “Ustad Şəhriayr” Konfransı keçiriləcək
27.11.2015 [10:23] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan valisi Naxçıvan Muxtar Respublikasının iştirakı ilə Beynəlxalq “ Ustad Şəhriayr” Konfransının keçiriləcəyini bildirib.
Qurbanəli Səadət İranın Naxçıvan Muxtar Respublikasındakı konsulu Mənsur Ayrəmlə görüşdə bəyan edib ki, iki tərəfin potensial imkanlarını nəzərə alaraq ticarət və siyasi əlaqələrin inkişaf edəcəyi gözlənilir.

Vali sözlərinin davamında mədəni əlaqələrə də işarə edib. O bildirib ki, “ədəbi və mədəni zəmində platformanın yaradılması tərəflər arasında yeni fürsətlər yaradır. Elə buna görə də Beynəlxalq “Ustad Şəhriyar” Konfransının Naxçıvan Muxtar Respublikasının iştirakı ilə keçirilməsini müsbət qarşılayırıq.

Q.Səadət deyib ki, Urmiyə və Naxçıvan universitetləri elmi və mədəni əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirə bilər. Həmçinin tərəflər arasında iqtisadi, sərgi keçirmə, kənd təsərrüfatı, idman (vərziş), sənaye və mədəni əlaqələri inkişaf etdirməyə yetəri qədər potensial imkanlar var.
Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed