Şrift:
Abbas Lisani Şiraz zindanından ailəsinə zəng vurub
27.11.2015 [12:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azəraycanın tanınmış milli-mədəni fəalı Abbas Lisani sürgün edildiyi Şiraz zindanından ailəsinə zəng vurub.
Dinc fəal Abbas Lisani noyabrın 24-ü axşam saat 19-da evlərinə zəng vuraraq bir neçə dəqiqəlik ailə üzvləri ilə danışıb. Qısa telefon danışığında cismi baxımdan yaxşı vəziyyətdə olduğunu və ruh yüksəkliyini qoruyub saxladığını bildirən azərbaycanlı məhbus, həm də onun ailə üzvləri ilə görüşünə və onlarla birbaşa telefon əlaqəsi saxlamasına qadağa qoyulduğunu da bəyan edib. Azərbaycanlı fəalın Şiraz həbsxanasında hansı bir şəraitdə saxlanması barədə yoldaşına əlavə məlumat verməsinin qarşısı alınıb.

Qeyd edək ki, milli zəmində apardığı dinc fəaliyyətinə görə Ərdəbil həbsxanasında bir illik həbsini çəkən Abbas Lisani iki həftə əvvəl naməlum səbəblər üzündən gizli şəkildə, tələm-tələsik Şiraz zindanına sürgün edilib.

Ərdəbilli fəalın qanunsuz olaraq Şiraz həbsxanasına köçürülməsi isə həmin vaxt Güney Azərbaycanın iri şəhərlərində fars irqçiliyinə qarşı kütləvi etiraz aksiyalarının keçirilməsi ilə əlaqələndirilir. Fəal, etirazlar zamanı Ərdəbil zindanından bəyanat yayaraq rassizm və fars irqçiliyinə qarşı etiraz bildirən aksiyaçılara dəstək vermişdi.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed