Şrift:
Gənclər Fondunun dəstəyi ilə universitetlərdə təlimlər təşkil olunub
27.11.2015 [12:34] - Gündəm, Gənclik
"SAF həyat Naminə" Gənclər İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti və Azərbaycan Əmək və Sosial münasibətlər Akademiyasında gənclər üçün təlimlər təşkil edib. Bu barədə Birliyin sədri Səbinə Abbasova məlumat verib. Onun sözlərinə görə "Azərbaycançılıq məfkurəsi”nin gənclərə təbliği" layihəsi çərçivəsində sözügedən universitetlərdə gənclərlə görüş keçirilib: “ Layihəmizin əsas məqsədi "Azərbaycançılıq məfkurəsi” ni gənclər arasında təbliğ etmək və bu məfkurəni dərk edərək öz yaradıcılıqlarında əks etdirən istedadlı gənclərin potensialını üzə çıxarmaqdan ibarətdir. Artıq beş universitetdə hər birində 50- ə yaxın gəncin iştirakı ilə təlimlər təşkil etmişik. Təlimlərimizi layihəmizin eksperti “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və təlimçi Qurbanəli Ömər aparıb”
Qeyd edək ki, bu gün layihənin bağlanış mərasimi keçiriləcək, layihə çərçivəsində yarışan tələbələr mükafatlandırılacaq.
Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed