Şrift:
700 türk öyrənci İran televiziyasının təhqiramiz “Fitilə” verilişi ilə bağlı Bəyanat yaydı
28.11.2015 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
700 türk öyrənci İranda qeyri-fars millətlərini təhqir edən şəxslərin məhkəmə qarşısına çıxmasını tələb etdi.
Onlar yaydıqları Bəyanatda təhqir edənlərin mühakimə edilməsi, Teleradio Şirkətinin (səda və sima) rəisi və “Telekanal 2”-nin müdirinin işdən uzaqlaşdırılması, canlı yayımda üzr istəmələri, millətlərin təhqir edilməsi ilə bağlı cəza qanununun qəbul edilməsi, asimilasyon siyasətinin dayandırılması və dövlətin qeyri-fars millətlərə münasibətdə yanaşmasının dəyişməsini tələb ediblər.

Bəyanat Şəhid Mədəni universitetinin öyrənciləri tərəfindən imzalanıb.

Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb. Verilişdən sonra Güney Azərbaycan şəhərləri və xaric ölkələrdə İran rejiminin irqçi siyasətinə qarşı silsilə etirazlar başladı, etirazlar aksiyalarında ən azı 150 nəfər təhlükəsizlik qüvvələri tərəfindən tutuldu. Yaxalanan fəalların əksəriyyəti bir neçə gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed