28.11.2015 [13:34] - Gündəm, Sosial
Bakının Nardaran qəsəbəsi sakinlərinin elektrik enerjisi və təbii qaza görə borclarının məbləği məlum olub.
Qeyd edək ki, noyabrın 27-dən Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev ötən gün Trend-ə bildirib ki, elektrik enerjisinin verilişi abonentlərin borcuna görə dayandırılıb.
T.Mustafayev qeyd edib ki, təmsil etdiyi qurum bununla bağlı bir müddət əvvəl xəbərdarlıq edib: “Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, respublikada borcu olan bütün abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”.
Trend-in məlumatına görə, qəsəbə sakinlərinin elektrik enerjisinə görə borcu 42 milyon 267 min manat, təbii qaza görə isə 1 milyon 376 min manat təşkil edir.

Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |