Şrift:
Rusiya türk xeyriyyə təşkilatının çörəkxanasını bombalayıb
30.11.2015 [10:11] - Gündəm, Türk dünyası-Turan
Rusiya Suriyanın İdlib şəhərində yerləşən "İHH" türk xeyriyyə təşkilatına məxsus çörəkxanaya hava zərbələri endirib.

Anadolu agentliyinin verdiyi xəbərə əsasən, 40 min nəfərin işlədiyi çörəkxanaya ciddi zərər vurulub.

Təşkilatın Suriyaya yardım üzrə idarəsinin Xatay ofisinin mətbuat katibi Burak Karacaoğlu Əsəd rejiminə dəstək verən rus hərbi təyyarələrinin son günlər ərzində bu regiona vuran zərbələrini qeyd edib. "Bombardman nəticəsində 16 ay əvvəl işləməyə başlayan çörəkxanaya da zərər vurulub. 40 min nəfəri çörəklə təmin edən və 18 nəfərin işlədiyi çörəkxana yararsız hala düşüb. Allaha şükür, zərbələr nəticəsində xəsarət alan olmayıb", - deyə Karacaoğlu bildirib.
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed