30.11.2015 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini liderinin “Sepah”dakı nümayəndəsi axund Əli Səidi noyabrın 28-də jurnalistlərə açıqlamasında Amerikanın ölkəyə nüfuz təhlükəsindən və prezident Ruhani hökumətindəki rəsmilərin məsələyə münasibətindən danışıb.
Axund Əli Səidi deyib ki, Ruhani hökumətinin bəzi şəxslər Amerika qarşısında sustalaraq zəif mövqedən çıxış edirlər: “Təəssüflər olsun ki, bu gün hökumət rəsmilərinin və bəzi siyasi şəxsiyyətlərin Amerika qarşısdında aşağılıq komleksinə düçar olmasının şahidiyik. Həmin şəxslər, Amerika simasını müxtəlif yollarla bəzəyib onu məqbul bir şəklə salmağa çalışırlar. Bununla da onlar, şeytanla mübarizəni şeytanla sazişə çevirir, təsəvvür edirlər ki, əgər biz dünya birliyinə daxil olsaq, ölkəmizdəki bütün problemlər öz həllini tapacaq, iqtisadiyyatımız isə durğunluqdan çıxaraq dirçələcək.
Ölkənin İrşad Nazirliyi cəmiyyətin fikir, düşüncə və mədəni baxımdan qidalandığı kanalların sağlamlığını qorumaqda məsuliyyət daşımalıdır. Lakin yazıqlar olsun ki, bu məsələyə laqeyd yanaşılması və bu haqda səhlənkarlığa yol verilməsi, bizim milli və dini mədəniyyətimizə ən böyük zərbəni vurub. Bu gün, filmlər, qəzetlər, kitab və jurnallar, ən başlıcası da virtual aləm, əcnəbilərin ölkəmizə nüfuzuna şərait yaradan vasitələrdir. Düşmən həmin vasitələrdən istifadə edərək ictimai rəyə təsir göstərir, ölkəyə nüfuz edir.
Bizi narahat edən ən mühüm məsələlərdən biri, bəzi hkökumət rəsmilərinin Qərb, o cümlədən də Amerika qarşısında sustalması, özünü və özünə güvən hissini itirməsidir. Bu isə çox təhlükəli bir məsələ və tendensiyadır. Görəsən ölkədə Amerikanın simasını bəzəmək və Amerikaya nifrətin aradan qaldırılması istiqamətyində edilən cəhdlər kimlər tərəfindən edilir. Görəsən əcnəbilərin ölkəyə nüfuzuna kimlər şərait yaradır. Biz, dünyada başqa sistem və inqilabların başına gələn müsibətlərin bizim də başımıza gələ biləcəyindən əndişələnir, nigaranıq”.

Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |