30.11.2015 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Inqilab Keşikçiləri Korpusunun (Sepah) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının İraq əsilli komandanı Məhəmmədrza Nəqdi noyabrın 27-də Rey şəhərinin cümə namazında çıxış edərək ABŞ-a qarşı sərt ittihamlar irəli sürüb.
Məhəmmədrza Nəqdi deyib ki, son vaxtlar İranda tutulan və Qərbə casusluqda günahlandırılanların etirafına görə, Amerikanın İran İslam Respublikasını yıxmaq üçün planı var: “Amerika İran İslam Respublikasını devirmək məqsədilə gizli şəkildə 2 milyard dollar vəsait ayırıb. Həmin məbləğin 200 milyon dolları isə ABŞ-ın dövlət katibi Con Kerrinin ixtiyarına qoyulub. Kerri həmin vəsaitdən istifadə edərək bu işə şəxsən özü rəhbərlik edir”.
Qeyd edək ki, son həftələrdə İranın dini lideri ayətullah Əli Xamneyinin düşmənin ölkəyə nüfuzu haqda xəbərdarlığından sonra, islahatçılara yaxın bir neçə jurnalist və media işçisi tutularaq Qərbə, o sıradan da Amerikaya casusluqda günahlandırılıb. İranda
İranda islahat meyilli jurnalistlərə qarşı təzyiqlərin artırılması və onların müxtəlif bəhanə və ittihamlarla tutulub həbsə salınması isə 2016-cı ilin martında ölkədə keçiriləcək parlament və Üləma Məclisi seçkiləri ilə əlaqələndirilir.

Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |