Şrift:
Türkiyə parlamenti yeni hökumətə etimad göstərib
01.12.2015 [10:05] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə parlamenti yeni hökumətə etimad göstərib.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, parlamentin bu qərarına 509 deputatdan 315 lehinə səs verib.

Beləliklə, baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçib.

Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən təkrar parlament seçkilərində seçici səslərinin 53,6 faizini yığıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) səslərin 20 faizini, Milliyyətçi Hərəkat Partiyası (MHP) - 11, Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 11,2 faizini toplayıb.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed