Şrift:
Azərbaycanlı fəal Əli Feyzipur azadlığa buraxılıb
01.12.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Üç həftə əvvəl Ərdəbil əyalətinin Xiyav (Meşkinşəhr) şəhərində rassizm və fars irqçiliyinə qarşı keçirilən dinc etiraz aksiyasında tutulan azərbaycanlı fəal Əli Feyzipur azadlığa buraxılıb.
Dinc milli-mədəni fəal Əli Feyzipur noyabrın 29-da 20 milyon tümənlik mülk girovu qarşılığında saxlandığı Xiyav zindanından sərbəst buraxılıb. Saxlandığı həbs müddətində müxtəlif təzyiqlərə məruz qoyulan azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir.

Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Meşkinşəhr şöbəsinin əməkdaşları, dinc fəalı noyabrın 9-da Güney Azərbaycanın müxtəlif şəhərlərində rassizm və fars irqçiliyinə qarşı keçirilən kütləvi etirazlar zamanı tutub aparmışdılar.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed