Şrift:
"Hər kəsin dini seçimlərinə hörmətlə yanaşılır" Açıqlama
01.12.2015 [11:30] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanda həm məscidlər, həm də kilsələr bərabər şəkildə fəaliyyət göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib. O bildirib ki, Azərbaycan tolerant dövlətdir və bu həqiqətin şərhə ehtiyacı yoxdur, bu fakt birmənalı olaraq qəbul edilməlidir: “Avropadan Azərbaycana üz tutmuş istənilən şəxs bunu təsdiqləyə bilər. Hər kəs Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu bilir.

Azərbaycanda heç bir şəxsə dini əqidə baxımdan məhdudiyyət qoyulmur. Burada həm məscidlər, həm də kilsələr bərabər şəkildə fəaliyyət göstərir. Hətta dini məbədlərin tikilməsinə dövlət tərəfindən dəstək və qayğı göstərilir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bu məsələ ilə bağlı kimdənsə fikir soruşmağa ehtiyac qalmır, çünki burada hər kəsin dini seçimlərinə hörmətlə yanaşılır: “Bu baxımdan Avropa ölkələri Azərbaycanı nümunə dövlət kimi bütün dünyaya təqdim etməlidirlər. Çünki Azərbaycanda hər kəsin dini seçimlərinə hörmətlə yanaşılır”.

Nigar Məmmədova
Bu xəbər oxucular tərəfindən 950 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed