Şrift:
İranda "donuz qripi"nə yoluxan 8 nəfər vəfat edib
01.12.2015 [12:19] - Gündəm, Sağlıq
Ötən bir ay ərzində İranın Kirman əyalətində 8 nəfər A/H1N1 virusuna yoluxaraq (donuz qripi) həyatını itirib. Bunu İranın Kirman əyalətinin Tibb Elmləri üzrə Universitetinin rektor müavini Nozər Nəxəyi deyib. Bu barədə İranın İSNA agentliyi məlumat verib.

N.Nəxəyi deyib ki, bu il ölkdədə A/H1N1 virusuna yoluxma hallarının artacağı gözlənilir, bu məsələ ilə bağlı dəqiq informasiyanın verilməsi məqsədi ilə araşdırmalar aparılmalıdır.

N.Nəxəyi əlavə edib ki, bu virusa yoluxma hallarının qarşısını almaq məqsədi ilə maarifləndirici işlər aparılmalıdır: “Sosial şəbəkələrdə və sms vasitəsi ilə insanlara maarifləndirici mesajlar göndərilməlidir. A/H1N1 virusunun əlamətləri insanlara tanıtdırılmalıdır və belə hallar olduqda insanlar təcili xəstəxanalara müraciət etməlidirlər”.

Qeyd edək ki, İranda A/H1N1 virusuna yoluxma halı ilk dəfə 2009-cu ildə iyunun 14-də qeydə alınıb. Virus Tehrana gələn İran əsilli 16 yaşlı amerikalı yeniyetmədə aşkar edilib. Həmin il İranda "donuz qripi"ndən ölənlərin sayının 285 nəfər olduğu və virusa yoluxanların sayının isə 3762 nəfərdən çox olduğu bildirilmişdi.

Xəstəliyin əsas simptomları hərarətin qalxması, boğazda ağrı, fasiləsiz öskürək, zökəm, qusma və ishaldır.
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed