02.12.2015 [00:47] - Gündəm, Bildiriş
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Çexiya və Polşada silsilə tədbirlər və görüşlər keçirəcək. Nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ermənistanın torpaqlarımızı işğalı zamanı törədilmiş soyqırım, terror, işgəncə faktlarına dair nəşrlərin hazırlanması” layihəsi çəçivəsində Çexiya və Polşanın tanınmış universitetlərində həyata keçiriləcək. Layihə çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən məlumatlandırıcı bukletlər, kitablar və digər nəşrlər tədbir iştirakçılarına paylanacaq. Eyni zamanda BDM tərəfindən hazırlanmış ingilis dilində “Erməni təcavüzü (Armenian agression)” adlı film nümayiş olunacaq.
Tədbirlərdə Azərbaycanın Çexiya və Polşadakı səfirliklərinin nümayəndələri, universitetlərin müəllim və tələbə kollektivi, ictimaiyyət nümayəndələri, Çexiya, Slovakiya, Polşa və Avstriyada fəaliyyət göstərən BDM təmsilçiləri və diaspor fəalları, QHT və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.
BDM mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |