02.12.2015 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisi Tuni Oliveranın istefası ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmayıb.
Bu barədə danışan “Traxtur” klubunun müdiri (sərpərəst) bildirib ki, “1-ci gün (doşənbə günü) “Mələvan” komandası ilə keçirilən müsabiqədən sonra bəzi kütləvi informasiya vasitələri “Traxtur”un baş məşqçisi T.Oliveranın istefa verdiyi barədə məlumat yayıb. Mən komandanın müdiri kimi bu barədə heç bir məlumata malik deyiləm və baş məşqçinin istefanaməsi mənə təqdim olunmayıb.”
Əyyub Zulfiqari “Traxtur” oyunçularının 3 gün məşq etməyəcəyi barədə də məlumat verib. O bildirib ki, “baş məşqçi super liqa müsabiqələrində 12 günlük tətili nəzərə alaraq, oyunçulara 3 gün istirahət verib.”
Komandanın müdiri məşqlərin cümə günü T.Oliveranın nəzarəti altında başlayacağını da xüsusi diqqətə çatdırıb.

Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |