02.12.2015 [13:37] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkillərinin sözlərinə görə, məsələni ciddi şəkildə və birdəfəlik həll etmək lazımdır
"Dövlətə qarşı ərköyünlük şəraiti yaratmaq olmaz. Dövlətin hansısa kənddən çəkindiyini söyləmək də düzgün deyil. Din xadiminin əlində Quran olur, avtomat, qumbara yox".
Bu sözləri Nardaranda əməliyyat keçirilməsinə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov deyib. Qeyd edib ki, heç kəs dövlət qarşısında şərt qoya bilməz: “Azərbaycan vətəndaşı qanuna tabe olmalı, heç bir ayrı-seçkilik olmamalıdır. Bu, sırf təhlükəsizlik məsələsidir. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, hər bir vətəndaş qanuna tabe olsun, sabitlik qorunsun. Hesab edirəm ki, Nardaranda baş verən adi kriminal hadisə deyil. Burada ixtisaslaşmış, xüsusi hazırlanmış dəstədən söhbət gedir. Saxlanılanların əksəriyyətinin Nardarana heç bir aidiyyəti yoxdur, başqa rayonlardan gəlib, başqa ölkənin ərazisində təlim keçiblər. Bu, sırf terror hadisələrinin həyata keçirilməsi, insanlarda xof yaradılması üçün yaradılmış dəstədir. Bu, terror qrupudur. Onlar dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlər təşkil etmək, Konstitusiya quruluşunu dəyişmək istəyiblər".
Deputat Tahir Rzayev açıqlayıb ki, müxalif qüvvələr və xaricdə onlara dəstək verənlər Azərbaycan əleyhinə təxribat törədirlər: “Nardaran qəsəbəsində baş verən son hadisələrə Azərbaycanda müəyyən müxalifət qüvvələrinin, eləcə də Milli Şuranın ayrı don geyindirməsi və bunu əhalinin sosial problemləri, qəsəbə əhalisinin incidilməsi ilə əlaqələndirməsi çox təəssüfedici haldır. Nardaranda baş verənlər xoşagəlməz haldır. Qəsəbədə əhali incidilmir və hər hansı təzyiqə məruz qalmır. Bu hadisələrə başqa donun geyindirilməsi təxribatdır”.
Millət vəkili Cavanşir Feyziyev isə Nardarandakı dini icmaların qanuna uyğun şəkildə fəaliyyət göstərib-göstərmədiyinin araşdırılmalı olduğunu nəzərə çatdırıb. Bildirib ki, Nardaran hadisələri vaxtaşırı cəmiyyəti narahat edir, ona görə də bu məsələlər Azərbaycan dövlətinin qanunvericiliyinə müvafiq qaydada həll edilməlidir: “Əgər onlar dini icmadırsa, “Dini qurumlar haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq şəkildə, Qafqaz Müsəlmanları İdarəsinin təlimatları və qərarlarına uyğun olaraq fəaliyyətlərini qurmalıdırlar. Onlar fəaliyyətlərini bu şəkildə qursaydılar, hər hansı problemlər də olmazdı. Ola bilməz ki, bir qrup insan bir qəsəbənin sakinlərini əsarətdə saxlasın, özünün iddia etdiyi idarəçilik üslubunu onlara tətbiq etsin. Yaxud onlardan Azərbaycan qanunlarından kənar hərəkətlər etməyi tələb etsin. Dini icma adı altında fəaliyyət göstərən qrup Azərbaycan dövlətinin, ölkə başçısının humanist mövqeyindən istifadə edir. Buna birdəfəlik son qoymaq lazımdır. Nardarandakı son hadisələrdə istifadə edilən silahlar, dövlət təmsilçilərinə qarşı hücumlar onların din pərdəsi altında ölkədə pozuculuq fəaliyyəti göstərmək təşəbbüsündən xəbər verir. Bu cür hərəkətləri həyata keçirən bütün şəxslər qanun qarşısında cavab verməlidirlər".
Deputat Azay Quliyev də Nardaranın bir daha ekstremist qüvvələrin mərkəzinə çevrilməsinə yol verilməməsinin vacib olduğunu düşünür: “Nardaranda baş verənlər göstərdi ki, bu kənddə yaşamayan şəxslər, xüsusi ilə Taleh Bağırzadə və onun dostları mafiyaya çevrilmişdilər. Təəssüf ki, bu hal proseslərdə müşahidə olundu. Amma bir daha hamı əmin oldu ki, Azərbaycan dövlətçiliyinə qarşı addımlar atmaq, dövlətin qanunlarını pozmaq olmaz. Onlar qanun qarşısında cavab verəcək və dövlətin sərt təpkisi ilə üzləşəcəklər. Təəssüflər olsun ki, orada ölənlər də oldu. Polislərimiz həlak oldu. Nardaranda belə insidentlər ilk dəfə baş vermir. Bu məsələni ciddi şəkildə və birdəfəlik həll etmək lazımdır”.
"Azərbaycanda hər kəsin dini seçimlərinə hörmətlə yanaşılır, həm məscidlər, həm də kilsələr bərabər şəkildə fəaliyyət göstərir”. Bunu isə millət vəkili Fərəc Quliyev deyib. O bildirib ki, Azərbaycan tolerant dövlətdir və bu həqiqətin şərhə ehtiyacı yoxdur, bu fakt birmənalı olaraq qəbul edilməlidir: “Avropadan Azərbaycana üz tutmuş istənilən şəxs bunu təsdiqləyə bilər. Hər kəs Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu bilir. Azərbaycanda heç bir şəxsə dini əqidə baxımdan məhdudiyyət qoyulmur. Hətta dini məbədlərin tikilməsinə dövlət tərəfindən dəstək və qayğı göstərilir. Azərbaycanda bu məsələ ilə bağlı kimdənsə fikir soruşmağa ehtiyac qalmır, çünki burada hər kəsin dini seçimlərinə hörmətlə yanaşılır. Bu baxımdan Avropa ölkələri Azərbaycanı nümunə dövlət kimi bütün dünyaya təqdim etməlidirlər”.
Deputat Jalə Əliyeva isə Nardaranda baş verənləri hər kəsi bir daha düşünməyə vadar edən səbəb adlandırır: “Bu hadisələrin başvermə səbəbləri, kimlər tərəfindən ortaya atılması, burada hansı niyyətlər güdülməsi və sair məqamların araşdırılması, aşkarlanması istintaqın, dövlət qurumlarının işidir. Amma zatən bu hadisələrə dərindən bələd olmayan, onu yaxından izləməyən hər kəsə də aydındır ki, bunun kökündə Azərbaycan dövlətinə qarşı həyata keçiriliən, yəni dindən alət kimi istifadə edərək ölkədə, vətəndaşlar arasında iğtişaş yaratmaq arzusu, niyyəti dayanır. Həmçinin hadisələrin kökündə Azərbaycanın dünyəvi, tolerant bir dövlət olmaq imicinə, multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərə kökündən zərbə vurmaq hədəflərinə istiqamətlənmiş addımlar dayanır. Qısa bir zamanda günahkarların ortaya çıxarılaraq yaxalanması və hadisələrin qarşısının vaxtında alınması özlüyündə bir daha dünyaya verilən bir mesaj oldu”.
Millət vəkili Əflatun Amaşov da həmin olayları törədənlərin nə istədiklərinin hər kəsə bəlli olduğunu deyib: “Qanunda hansı ağırlaşdırılmış cəzalar varsa, həmin qaydalar tətbiq olunmalıdır. Çünki heç bir halda konstitusion quruluşu devirmək, dəyişmək olmaz. Burada ikinci narahatedici məqam isə müxalifətin silahlı olmasıdır. Müxalifət silahlanır. Bu gün zəif hücumun qarşısı alınır, ancaq sabah onun qarşısı alınmasa və bu sayaq hallar başqa rayonlarda da həyata keçirilərsə, ölkəmizin gələcəyi üçün kifayət qədər ciddi problemlər yarada bilər”.
Millət vəkili onu da əlavə edib ki, burada sadəcə, ictimaiyyətin yetərli təpkisi çatışmır: “Ziyalıların təpkisi eşidilmir. Bu sayaq məqamlarda ziyalı təpkisi kifayət qədər ciddi olmalıdır. Siyasi yönündən asılı olmayaraq, bütün insanlar-hansılar ki, öz ölkələrini sevirlər, öz ölkələrinin gələcəyi üçün narahat olurlar, onlar bu kimi hadisələrə öz kəskin münasibətlərini bildirməlidirlər. Bununla yanaşı, ölkədə aparılan islahatlarda təhsillə bağlı məqam daha çox önə çəkilməlidir. Çünki bunlar məhz təhsilin yaratdığı problemlərdir ki, 7 yaşında bir uşaq baş verən hadisələrə siyasi qiymət verir, quldur polislər gəldilər qardaşlarımızı şəhid etdilər, biz də şəhid olacağıq deyir. 7 yaşlı uşaq böyüyəcək və 30-50 yaşları olanda da bu sayaq fikirlər söyləyəcək. Ona görə biz təhsil sahəsində çox ciddi islahatlar həyata keçirməliyik. Nardaran hadisələrinin işıqlandırılmasında Azərbaycan mediası əksəriyyət etibarı ilə obyektiv, operativ və dövlətçi mövqe nümayiş etdiriblər ki, bunu da xüsusilə vurğulamaq lazımdır”.
H.Əsgər

Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |