Şrift:
FRANSA İKİLİ OYUN OYNAYIR. həm türklərlə, həmdə ermənilərlə.
04.02.2012 [14:30] - Gündəm
Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
DAVAM.AZ (bunlar qanun qəbul ediləndə Fransadan köçüblərmiş)

Fransa Senatı qanunvericilik komissiyasının sədri Jan-Pyer Sueur dekabrın 22-də Milli Assambleya tərəfindən qəbul edilən və yanvarın 23-də Senatda təsdiqlənən qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanunla bağlı Frans Press Agentliyinə müsahibə verib.

Davam.az AzərTAc-a istinadən bildirir ki, sədr müsahibəsində bildirib ki, belə bir qanunun qəbulu demokratik ölkə kimi tanınmış Fransanın beynəlxalq aləmdəki nüfuzuna sarsıdıcı zərbə ola bilər.
Komissiya sədri bir neçə gün əvvəl qanunun ləğvi ilə bağlı Nikola Sarkozinin “əgər Konstitusiya Məhkəməsi inkarla əlaqədar qanunu ləğv edərsə, o zaman qanunun həyata keçməsi naminə başqa bir təklif ortalığa atılacaq” fikri ilə əlaqədar deyib ki. Sarkozinin sözləri Konstitusiya Məhkəməsinin müstəqilliyi ilə qətiyyən uyuşmur və bunu dolayısı yolla ona təzyiq kimi başa düşmək olar.
Xatırladaq ki, Jan-Pyer Sueur inkarla bağlı qanunun Senatda müzakirəsinin keçirilməsinin və onun qəbul olunmasının əleyhinə təkliflə çıxış etsə də, onun təklifi səsvermə zamanı keçməyib.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed