03.12.2015 [12:35] - Gündəm, Sosial
Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair anlaşma memarondumu imzalanıb.
Sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Latviyanın rifah naziri Uldis Augulis imzalayıb.
U.Augulis bildirib ki, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair imzalanan anlaşma memarondumu Azərbaycan və Latviya arasında əlaqələri daha da inkişaf etdirəcək: "Ölkələr arasında təcrübə mübadiləsi aparılacaq".
S.Müslümov bildirib ki, bu sənədin Azərbaycan və Latviya üçün böyük önəmi var: "Neçə ildir davam edən əməkdaşlığı qanuniləşdirdik. Biz hazırda hansı əməkdaşlıq tədbirlərinin həyata keçiriləcəyini konkretləşdirdik. Əlilliyi olan şəxslərin sərgilərinin keçirilməsi nəzərdə tutulub. Əmək müqavilələrinin necə qurulması Latviya üçün maraqlıdır. Bütün sahələr üzrə - istər əmək bazarı, əmək resursları və digər məsələlərlə də bağlı müzakirə aparılacaq”.
Qeyd olunub ki, ötən il 116 azərbaycanlı əlil Latviyadakı “Vaivari” Milli Reabilitasiya Mərkəzində müalicəyə göndərilib.

Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |