04.12.2015 [10:42] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Əslində nardaranlılar girov vəziyyətindən xilas olundu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev Nardaranda baş verən hadisələrin səbəblərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Nardaranda baş verən hadisələr siyasi bir hərəkatın nəticəsidir və bunun nə dinlə, nə də dindarlarla heç bir əlaqəsi yoxdur: “Hadisələrin gedişində iştirak edən və daha sonra həbs edilənlərdən biri olan Talehin video çarxı yayılıb hansı ki, həmin videoda o, “Milli Şura”nın işində iştirak etdiklərini bildirib. Daha öncə də qeyd etdiyim kimi “Milli Şura” Rusiya tərəfindən yaradılıb və bu hadisələrdə də Rusiyanın əli olduğunu qeyd etmək istəyirəm. Ümumiyyətlə bu hadisələr İran və Rusiyanı birgə proyektidir”.
Millət Vəkili bildirib ki, burada baş verənlərin nə Azərbaycan xalqına, nə də nardaranlılara heç aidiyyəti yoxdur: “Bu hadisələrdə iştirak edən insanların zərərsizləşdirilməsi və onların həbs edilməsi əslində nardaranlıların girov vəziyyətindən xilas olmasıdır. Bununla da dinimizə kölgə salınmasının qarşısı alındı”.
Nigar Məmmədova

Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |