04.12.2015 [14:23] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Kamal Abdulla: “Birdəfəlik fəhm etməliyik ki, dövlətin atdığı hər bir addım bizim hər birimizin birbaşa mənafeyinə xidmət edir”
Fərəc Quliyev: “Nardaranda baş verən hadisələr xarici dövlətlərin maraqlarına xidmət edib”
Nardaranda baş verən hadisələr ictimai – siyasi sferada ciddi narahatlıq yaradıb. Bu gün “Nardaranda nə baş verir?” sualı, gündəmin ən mühüm cavabının tapılmasına yönəlib. Bu gün insan ölümü, həbslər, evlərdə qanunsuz silah-sursatın aşkar olunması ilə müşahidə olunan məlum hadisələrin hansı maraqlarla ortaya atılması birmənalı qarşılanmır. Təbii olaraq, ekspertlər bu prosesdə müəyyən “çirkli əllər”in işlədiyini bildirirlər. Üstəlik, “Müsəlman birliyi” adı altında qanunsuz birləşərək qarşıdurmaya səbəb olan, ölkədə təxribat xarakterli hərəkətlər edən bu qrup bəzi müxalif qüvvələr tərəfindən müdafiə edilir. Göründüyü kimi, nələrin baş verdiyi çoxlarına aydın deyil. Görünən odur ki, bəzi qüvvələr polisin ölkədə sabitliyin təmin edilməsi istiqamətində atdığı addımı başqa istiqamətə yozmağa, vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Bu anda deyəsən, bizim bir düşmənimizin olduğu, torpaqlarımızın işğal altına salınması faktı sanki unutdurulur.
İnform.az bir çox ekspertlərlə birlikdə Nardaran hadisələrinin baş verməsi və bunun indiki geopolitik reallıqlar çərçivəsində ölkəmizə verdiyi vədlər və burada işləyən "əllərin" kimlərə xidmət göstərməsi ətrafında ehtimal və fikirləri ortaya qoydu. Maraqlıdır, bu gün Nardaran hadisələri daha çox kimə və nəyə lazımdır. Bu proseslər torpaqları erməni işğalı altında olan ölkəni hansı uçuruma sürükləyə bilər?
Nardaranda iyirmi üçüncü qarşıdurma
Daxili işlər naziri Ramil Usubov mətbuata açıqlamasında Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçildiyini bildirib. Nazir deyib ki, noyabrın 26-dan etibarən Bakı şəhərinin Nardaran qəsəbəsində və digər müxtəlif yerlərdə - bura həm Gəncəni, həm də Lənkəranı aid etmək olar - "Müsəlman birliyi" deyilən silahlı qurum dövlətimizə qarşı, konstitusion quruluşumuza qarşı fəaliyyət göstərdiyini açıq-aydın bildirməyə başlayıbmış. Araşdırmalar bu hərəkatın artıq bir ildən çoxdur mövcud olduğunu göstərib.
R.Usubov bildirib ki, Nardaranda dövlət qurumları ilə qarşıdurmalar əvvəlki illərdə də olub. Nazir 2005-ci ildə də iki polis əməkdaşının Nardaranda qətlə yetirildiyini xatırladıb.
“Bu günə kimi artıq 23-cü dəfədir ki, Nardaranda polislə qarşıdurmalar olub. Bu hərəkətlərlə bərabər orada kriminogen durum, kriminal hadisələr getdikcə artır. Orada insan ölümləri, narkotik maddələrin qanunsuz dövriyyəsinin artması, gənclərin bu bəlaya düçar olması ilə bağlı çoxlu faktlar olub. Hətta kənardan olan insanlar orada öz bağlarında, evlərində yaşaya bilmirdilər. Onlara müxtəlif ultimatumlar verilirdi. Bütün bunların qarşısını almaq üçün noyabrın 26-da xüsusi əməliyyat planı işlənib hazırlandı. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının birgə tədbirləri həyata keçirildi".
Hazırda qəsəbənin giriş-çıxışına əvvəlki qaydada ciddi nəzarət olunur. Avtomobil və şəxslərin sənədləri yoxlanılır. Qeyd edək ki, dekabrın 1-də saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir. Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş “Revolver” tipli tapança tapılıb.
“İnsanlar, ictimaiyyət təbii ki, dövlətin yanında olmalıdır”
Millət vəkili Fərəc Quliyev bildirdi ki, Nardaranda baş verən hadisələrin dini məsələlərə heç bir aidiyyatı yoxdur. Onun sözlərinə görə, baş verən hadisələr xarici dövlətlərin maraqlarına xidmət edib.
“Ortada bir qrup adamın törətdiyi cinayət hadisəsi var. Bu, bütövlükdə Nardaran camaatının dövlətə qarşı təpkisi, mütəşəkkilliyi deyildi. Ona görə də din pərdəsi altında hərəkət edən qrupa qanuni cavab verildi və bildirildi ki, belə davranışlarla ölkəni təhdid eləmək olmaz”.
Millət vəkili Nardarana qonşu kəndlərdə dini ibadət yerlərinin, məscidlərin olduğunu qeyd edərək, heç bir yanda kiməsə öz dini ilə məşğul olmağa qadağa qoyulmadığını vurğuladı.
“Hər il Avropada 30 min nəfərə qədər adam islamı qəbul edirdi. İŞİD-i yaradıb islamı gözdən saldılar. Bu gün islam dövlətlərindən Avropaya qaçqınlar gedəndə də qarşılarına şərt qoyurlar: “xristianlığı qəbul edin, sizi qəbul edək”.
F.Quliyev hesab edir ki, islam dininin xoş niyyətli olduğunu hər kəs bilir və Azərbaycanda da bütün dinlərə hörmət var. Ona görə də heç kəs deyə bilməz ki, burda İslam dininə qarşı neqativ münasibət baş verib. Azərbaycanda minlərlə məscidlər fəaliyyət göstərir. Tək-tək adamlar olar ki, ateistdir. Hamı öz dininə hörmətlə yanaşır. Sadəcə olaraq burada müəyyən bir qrupdan istifadə eləməyə çalışdılar, amma hüquq - mühafizə orqanları buna cavab verdi”.
F.Quliyev bu məsələnin üzərindən sükutla keçilmənin mümkünsüz olduğunu önə çəkdi.
“Bu bir xəbərdarlıqdır. Hər kəs ayıq-sayaq olmalıdır ki, insanların inanclarından istifadə edib dövlətimizin müstəqilliyinə qarşı müəyyən təxribatlar törədilə bilər”. F.Quliyev hesab edir ki, hadisələr geridə qalsa da, bu gün camaatın narahatlıq keçirməyə əsası var.
“Camaat belə hadisələrin yenə baş verməsindən dolayı narahatdır. Amma dövlətimiz öz mesajını verdi. Bəyan etdi ki, o, insanlarının başqa dövlətlər tərəfindən istifadə olunmasına imkan verməyəcək. İnsanları üçün hər cür şəraiti yaratmağa hazırdır. İnsanlar, ictimaiyyət də təbii ki, dövlətin yanında olmalıdır və bundan sonra da bəzi gənclərimizin yoldan çıxarılmasına imkan verməməlidirlər. Ona görə də bu narahatlığı başa düşməyə dəyər. Mən hesab etmirəm ki, ölkədə həddən artıq qarşıdurma var. Azərbaycan dövləti, hüquq-mühafizə orqanları sübut elədi ki, belə hallara dövlətə təsir etmək olmaz və qanun pozuntuları ən ağır cəzalarını alacaqlar”.
“Nardaran camaatı ayıqdır, onlar yad ünsürləri özününkülərdən fərqləndirə biləcək”
Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün dinlə bağlı keçirilən toplantıda çıxışı zamanı Nardarandakı hadisələrin hamını həyəcanlandırdığını, kədərləndirdiyini deyib. K.Abdulla bildirib ki, dövlətin içində öz qayda-qanunlarını yaratmaq heç kimə müyəssər olmayacaq və bunu yaratmaq imkansızdır: "Dövlət müəyyən mərtəbəyə qədər güzəştə gedə bilər. Bu, bəzi yerlərdə göz qabağındadır. Amma o yerdə ki, sən dövlətin təməl sütunlarına toxunmaq istəyirsən, orada güzəşt olmayacaq. Biz birdəfəlik fəhm etməliyik ki, dövlətin atdığı hər bir addım bizim hər birimizin birbaşa mənafeyinə xidmət edir. Ümid edək ki, Nardaran camaatı ayıqdır, onlar yad ünsürləri özününkülərdən fərqləndirə biləcək və artıq bunu bilirlər"..
“Xarici qüvvələr hər zaman Azərbaycanda belə təxribatlar törətmək istəyir”
Milli Məclisin deputatı Ülvi Quliyev hesab edir ki, Nardarandakı proseslər xarici qüvvələrin təsiri altında baş verib. Onun sözlərinə görə, xarici qüvvələr hər zaman Azərbaycanda belə təxribatlar törətmək istəyir. "Amma bütün bunların qarşısını almaq üçün Azərbaycanın kifayət qədər gücü var".
Millət vəkili bildirib ki, Azərbaycanda ibadət edən insanların ən yüksək səviyyədə hüquqlarından istifadə etməsinə şərait yaradılıb. Onun sözlərinə görə, yalançı simvollar, müxtəlif bayraqlar, müxtəlif şüarlar dövlətin imicinə böyük xələl gətirir. “Azərbaycanda həm vicdan azadlığı, həm də dini etiqad azadlığı var. Bizim qanunvericilik bazamız var. Azərbaycanda ibadət edən, düzgün həyat tərzi keçirən insanlara heç kəs güldən artıq söz deyə bilməz. Ona görə də ibadət etmək istəyən insanlar sərbəst şəkildə bu hüquqlarından istifadə edirlər”.
Ü.Quliyevin sözlərinə görə, insanlar onlar üçün yaradılmış şəraitdən düzgün istifadə etməlidirlər. Bundan sui-istifadəyə yol verilə bilməz. Din adı altında başqa işlər görmək, başqa xarici qüvvələrə xidmət etmək qəbuledilməzdir. “Əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı buna qarşı olmalıdır, bu cür məsələlərə öz mənfi münasibətini bildirməlidir. Hər bir şəxs aid olduğu sahələr üzrə hər zaman dövlətçiliyimizin, müstəqilliyimizin yolunda xidmətə hazır olmalıdır”.
“Nardaranda baş verən hadisəni kənd sakinləri deyil, dövlət əleyhinə olan bir qrup şəxs törədib”
Millət vəkili tarixçi alim, professor Musa Qasımlı bildirib ki, dini radikalizmin qarşısını almaq üçün görüləcək işlər çox sahələri əhatə etməlidir. Onun sözlərinə görə, ilk növbədə Bakı İslam Universitetinin fəaliyyəti gücləndirilməli, ölkəmiz üçün din xadimləri Azərbaycanda hazırlanmalıdır. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətləri artırılmalıdır. İctimaiyyətin də bu istiqamətdə dövlət qurumları ilə birgə fəaliyyəti artırılmalıdır. İslam dininin fəlsəfəsini anlamayan şəxslərin qaranlıq mənbəli pullarla kəndlərdə məscidlər tikməsinə yol vermək olmaz. Bunun üçün müvafiq qurumların icazəsi olmalıdır”.
M.Qasımlı sonra deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır: "Dövlət dindarların ibadətləri üçün bütün şəraiti yaradıb. Konstitusiyamızda vətəndaşların vicdan azadlığı tam təmin edilib. Bu şəraitdən istifadə edərək müqəddəs dinimiz olan İslamı siyasi alətə çevirmək cəhdləri yolverilməzdir və bu halların qarşısı amansızlıqla alınmalıdır. Azərbaycan polisi dövlətimizin sütunlarından biridir. Polisə əl qaldırmaq olmaz. Belə hərəkət edənlər qanunun sərt tələbləri qarşısında cavab verməlidirlər”.
M.Qasımlı bildirib ki, Azərbaycana dəyərli şəxslər bəxş etimiş qədim Nardaranda baş verən hadisəni kənd sakinləri deyil, dövlət əleyhinə olan bir qrup şəxs törədib: “Bu fəaliyyətlər dövlətimizin əsaslarına qarşı yönəldilmiş cinayətdir. Çünki Azərbaycan dünyəvi dövlətdir”.
Tahirə QAFARLI / İnform.az

Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |