07.12.2015 [11:08] - Xəbərlər, Siyasi partiyalar, Qərbi Azərbaycan-İrəvan
Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşkilatçığı ilə Qərbi Azərbaycandan azərbaycanlıların departasiyasının 27-ci ilinə həsr edilmiş anım tədbiri keçirilib. Qərbi azərbaycanlıların departasiyası tarixi günü kimi qeyd edilən 5 dekabr tarixində baş tutan tədbirdə alimlər, ziyalılar, təşkilat rəhbərləri, ictimai-siyasi xadimlər, jurnalistlər, yazıçı və şairlər, eləcə bir çox Qərbi azərbaycanlılar iştirak edirdilər.
Tədbiri Departamentin sədri Əli Rzayev açıq elan etdikdən sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Ardınca ermənilərin törətdiyi tarixi soyqırımlar və qətliamlarda, o cümlədən 1988-ci il hadisələrində həyatını itirmiş soydaşlarımızın xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi.
Sonra Ə.Rzayev MDHP sədri, millət vəkili Fərəc Quliyevin tədbir iştirakçılarına olan salamlarını çatdırdı və tədbirin mahiyyəti barədə qısa məlumat verdi. O, 1988-ci il hadisələrinin qısa xronikasını verdikdən sonra isə mövzu ilə bağlı məruzəçi kimi sözü, əslən Qərbi Azərbaycandan olan tədqiqatçı alim, professor Əsgər Zeynalova verdi. Məruzəçi Qərbi azərbaycanlıların faciəsi, onlara qarşı törədilmiş qətliamlar, təxribatlar və haqsızlıqlardan danışdı. Tarixin saxtalaşdırılması barədə bir çox məqamları sadalayan professor Qərbi Azərbaycandan olan elm adamlarının, alimlərin və nüfuzlu şəxslərin əldə etdiyi bütün uğurların ermənilər tərəfindən mənimsənilməsindən və onların adlarının “Ermənistan” tarixindən necə silinməsindən danışdı.
Sonra söz MDHP-nin ideoloji məsələlər üzrə sədr müavini Həbib Ələkbərsoya verildi. Partiyanın mövqeyi barədə danışan H.Ələkbərsoy, MDHP-nin Bütöv Azərbaycançı bir partiya olduğunu və bu səbəbdən də işğalda olan ərazilərimizin adları ilə bağlı partiyada departamentlərin yaradılmasını vurğulayaraq, bu departamentlərin fəaliyyətinin Azərbaycanın Bütövlüyünə xidmət etdiyini qeyd etdi. MDHP funksioneri partiyanın lideri Fərəc Quliyevin məsələyə baxışı və qoyduğu prinsiplərə uyğun şəkildə qurulmuş Qərbi Azərbaycan Departamentinin fəaliyyəti və keçirdiyi tədbirlərin mahiyyətindən və əhəmiyyətindən danışaraq, bu fəaliyyətə görə onları alqışladıqlarını bildirdi. Natiq, daha sonra ölkə başçısının müdafiə mövqeyindən çıxıb hücum taktikasını tətbiq etməklə bağlı tövsiyəsinə uyğun olaraq görülməli işlərlə bağlı partiyanın təşəbbüsləri və atdığı addımlardan danışdı: “təbii ki, hayların türkərə vurduğu ziyanlar ölçüyə gəlməzdir, lakin rəsmi rəqəmlərə görə 1988-ci il departasiyasında azərbaycanlılara 20 milyard dolar dəyərində maddi zərər dəymişdir. Təkcə bu zərərin ödənilməsi istiqamətində beynəlxalq hüququn tətbiqinə nail ola bilsək, bu rəqəmdən 10 dəfə az büdcəyə sahib olan Ermənistanın necə çökəcəyinin izaha ehtiyacı yoxdur.” H.Ələkbərsoy ideoloji fəaliyyətdə yaranmış uğursuzluqların səbəblərini açıqlayaraq, burada bizdən asılı olan və olmayan məqamlara toxundu: “Erməni dediyimiz haylar həmin ərazidə olan və yiyələndikləri abidələrin və əlifbanın ərmənlərə məxsus olması ilə bağlı faktlar təqdim edirlər, biz isə bunun əksini sübut etməyə çalışmaqla haqlıykən haqsız duruma düşürük, çünki həqiqətən də o tarix və o mədəniyyət türk boyu olan ərmənlərə aiddir, sadəcə onun Persiya və Yunanıstandan gəlmiş haylara dəxli yoxdu.”
1988-ci il departasiyasından əvvəl Ermənistanda törədilmiş türk soyqırımlarının rəsmi rəqəmlərini və Sovet imperiyasının buna göstərdiyi mövqe barədə danışan H.Ələkbərsoy rəsmi sənədlərə əsasən bu cinayətlə bağlı edilmiş müraciətə SSRİ baş prokurorunun qeyri-müəyyən verdiyi cavabı və baş vermiş qətliam nəticəsində 216 nəfərin öldürülməsi, minlərlə adamın müxtəlif işgəncə və xəsarətlərə məruz qalması, yüz minlərlə insanın evlərindən didərgin düşməsi və əmlaklarının talanmasına baxmayaraq, bir nəfərin belə cəzalandırılmaması faktının olduğunu bildirdi.
H.Ələkbərsoy bildirdi ki, “bütün qələbələri xalq qazandığı üçün, bu mübarizə də nə tək hakimiyyətin işidi, nə də təkcə Qərbi azərbaycanlıların, qələbəni xalqın birgə mübarizəsilə qazanacağıq.”
Sonra çıxış edən araşdırmaçı-alim Mirzə Ənsərli bildirdi ki, tarixdə deyilən sözlərdən çox, yazılan yazılar qalır. Bu səbəbdən də alimlərimizin və yazarlarımızın bacardıqları qədər bu istiqamətdə yazılı fəaliyyətləri olmalıdır.
Çıxışçılardan tarixçi-alim professor Firudin Cümşüdov faciənin tarixi səbəblərindən, yazıçı-türkoloq Niftalı Göyçəli isə həmin yerlərin toponimlərinin müzakirəsiz Türk mənşəli olmasından danışdılar.
Qeyri Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədr müavini İradə Rzazadə və Türkiyədə fəaliyyət göstərən İdeal Sülhün Təbliği Fondunun (İdeal Barış Tebliği Vakfı) sədri Əlikram Müzəffər MDHP-nin prinsipial mövqeyinin təqdirəlayiq olduğunu bildirərək, Həbib Ələkbərsoyun söylədiklərinin vacibliyini və bu istiqamətdə əllərindən gələni edəcəklərini söylədilər.
Jurnalis Bəhram Rzayev konkret addımların atılması təşəbbüsü ilə çıxış etdi.
Tanınmış hərəkatçı Zeynal Məmmədov isə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı.
Rəsmi hissədən sonra isə, tədbir iştirakçıları çay süfrəsi ətrafında müzakirələr apardılar.
Sonda xatirə şəkli çəkildi.

Bu xəbər oxucular tərəfindən 1448 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |