08.12.2015 [13:23] - Gündəm, Diaspor, Bildiriş
"Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğında həlak olan neftçilərin xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən anılır. Rusiyanın paytaxtı Moskvada yaşayan həmvətənlərimiz Azərbaycanın bu ölkədəki səfirliyi qarşısına toplaşaraq hadisə zamanı itkin düşən və həlak olan neftçilərimizi yad ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK), Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının, Rusiya Azərbaycan Dostluq Mərkəzinin üzvləri, Moskvada təhsil alan azərbaycanlı tələbələr səfirlik binası garşısına qərənfillər düzüb və onların xatirəsinə şamlar yandırıblar. Aksiyada azərbaycanlılarla yanaşı, Moskvadakı digər xalqların nümayəndələri də olub.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, gənc diaspor rəhbərləri Şamil Tağıyev və Toğrul Allahverdili çıxış edərək aksiya iştirakçılarına Azərbaycan xalıqı ilə həmrəylik nümayiş etdirdikləri üçün təşəkkür ediblər.

Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |