Şrift:
Avropa təsisatları pozitiv addımlar atır Açıqlama
09.12.2015 [13:20] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Avropa təsisatları Azərbaycanın lehinə işləyən bir sıra pozitiv davranışlar nümayiş etdirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev Avropa Şurası Parlament Assambleyasının Ermənistanla bağlı səsləndirdiyi mövqeyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa təsisatları son zamanlar Azərbaycanın lehinə işləyən bir sıra pozitiv davranışlar nümayiş etdirib ki, bu da onlardan biridir: “Məhz bundan bir müddət əvvəl də Dağlıq Qarabağla bağlı bir sıra çağırışlar səslənmişdi. Avropa Şurasının son çağırışlarının birində Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanındı”.

Millət vəkili bildirib ki, Azərbaycan Avropa təsisatları ilə əməkdaşlıq etməkdə maraqlıdır: “Azərbaycan heç vaxt münasibətlərin soyumasının tərəfdarı olmayıb. Sadəcə bizim iradəmizdən asılı olmayaraq Avropa təsisatlarında fəaliyyət göstərən bir qrup şəxs Azərbaycanla Avropa təsisatları arasındakı münasibətləri pozmağa cəhd edir.

Təbii ki, bu təsisatlar artıq Azərbaycanın Ermənistandan fərqli olaraq yeni dünya idarəçilik sisteminə malik dövlət olduğunu görür. Bəşəriyyətin xilası, sülhün və sakitliyin bərqərar olması baxımından çox ciddi tərəfdaş ölkələrdən biri olduğunu anlayır. Azərbaycan reallıqda da bu məsələ ilə bağlı böyük töhfələr verib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin çox ciddi bir elementidir.

Bu gün Avropanın təsisatlarının Azərbaycanla bağlı səsləndirdikləri bəyanatları real və obyektiv yanaşma kimi qəbul edirəm və düşünürəm ki, belə davam edəcəyi halda Azərbaycanla Avropa arasında daha dərin inteqrasiya qurulacaq”.

Nigar Məmmədova
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed