Şrift:
Daxili Qoşunlar qadınları hərbi xidmətə qəbul edir
09.12.2015 [16:32] - Gündəm, Gənclik, Bildiriş
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edir. Bu barədə DQ-dən məlumat verilib.

Xidmətə qəbulun şərtləri:

– hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli;
– boy ölçüsü 170 sm-dən yuxarı;
– yaşı 19-dan aşağı və 25-dən yuxarı olmayan;
– ən azı orta təhsilli.

Hərbi xidmətin xüsusiyyətləri:

– xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər.

Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I-III-V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri saat 09:00-dan 12:30-dək Daxili Qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4.
Əlaqə telefonu: (012) 560 - 27 - 00
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed