Şrift:
Ərdəbildə tutulan azərbaycanlı fəallar məhkəməyə çağırılıb
10.12.2015 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbildə fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyalarında yaxalanan azərbaycanlı milli-mədəni fəallar məhkəməyə çağırılıb.
Noyabrın 9-da (abanın 8-də) keçirilən kütləvi aksilayarda tutulan fəalların Ərdəbil məhkəməsinin 1-ci şöbəsində hazır olması üçün bu şəhərin zindanına bildiri göndərilib. Məlumata görə, fəallar dekabrın 9-da məhkəmədə hazır olmalıdır.

Xatırladaq ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində noyabrın 9-da başlayan kütləvi etiraz aksiyaları bir neçə gün davam etdi. Fars irqçiliyinə qarşı keçirilən etirazlarda ən azı 130 nəfər yaxalandı. Saxlanılan fəalların əksəriyyəti vəsiqə qarşılığında azadlığa buraxılsa da, onların bir neçəsi hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed