Şrift:
İsrail Azərbaycanla bir neçə saziş imzalamaq istəyir
10.12.2015 [09:09] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan və İsrail arasında əla münasibətlər yaradılıb və əməkdaşlığı genişləndirmək lazımdır. Bunu müsahibəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib.

O bildirib: "İsrailin Azərbaycana ixracından danışırıqsa, bura daha çox şey daxil ola bilər, məsələn, yüksək texnologiyalar sahəsinin məhsulları. İxrac tibb və əczaçılıq sahələrini də əhatə edə bilər".

Diplomatın sözlərinə görə, ölkələr daha konstruktiv münasibətlər üçün özəl sektora daha çox diqqət yetirməlidirlər: "İki ölkə arasında münasibətlərin səviyyəsini artırmaq üçün əlverişli şərait yaratmaq, sərmayələri inkişaf etdirmək, ikiqat vergitutmadan azad etmə barədə saziş imzalamaq lazımdır. Bəzi sənədlər üzərində artıq iş gedir".

D.Stav əlavə edib: "Aktuallaşdırmaq istədiyimiz bir neçə çərçivə sazişi mövcuddur. Bura kənd təsərrüfatı, nəqliyyat, təhsil, elm, texnologiyalar sahələri aiddir".
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed