11.12.2015 [10:56] - Gündəm, İqtisadiyyat
Azərbaycanda tütün məmulatları, şərabçılıq məhsulları, pambıq və pambıq məhsullarının istehsalı, idxalı ilə bağlı yeni qadağalar tətbiq edilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Tütün və tütün məmulatı haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” və “Pambıqçılıq haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutan yeni qanun layihələri hazırlanıb.
“Tütün və tütün məmulatı haqqında” qanun layihəsinə əsasən, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onun idxalı qadağan edilir.
Bununla yanaşı, hazırda tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda onlar dövriyyədən götürülür. Yeni layihəyə əsasən isə tütün və tütün məmulatları həm də genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onlar dövriyyədən götürülür.
“Üzümçülük və şərabçılıq haqqında” qanun layihəsinə əsasən, şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitki materiallarının istifadəsinə yol verilmir. Belə üsulla hazırlanmış şərabçılıq məhsullarının ölkəyə idxalına da icazə verilmir.
“Pambıqçılıq haqqında” qanuna edilən yeni dəyişikliklərdə də pambıq və pambıq məhsullarının istehsalı və idxalı ilə bağlı eyni qadağaların tətbiq edilməsi təklif olunur.

Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |