06.02.2012 [11:29] - Gündəm
ABŞ dövlət katibi Hillari Klinton Bolqarıstan hökumətini Rusiyadan asılılığına son qoymaq üçün enerji resurslarının idxal marşrutlarını diversifikasiya etməyə çağırıb.
“Associated Press”in xəbərinə görə, bu barədə H.Klinton Sofiyada Bolqarıstanın baş naziri Boyko Borisovla keçirdiyi görüşdən sonra açıqlama verib.
O qeyd edib ki, bir sıra ABŞ şirkətləri enerji təhlükəsizliyini təmin etmək işində Bolqarıstana kömək etməyə hazırdır. Bu məqsədlə ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar bu həftə Sofiyaya səfər edəcək.
H.Klinton ABŞ və Bolqarıstan arasında tərəfdaşlıq proqramlarının vacibliyini də vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1257 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |