Şrift:
İran və Rusiya mədəniyyət sahəsində əməkdaşlıq sazişi imzalayacaq
14.12.2015 [12:18] - Gündəm, Mədəniyyət
İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti dekabrın 14-16-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IV beynəlxalq mədəniyyət konfransında iştirak edəcək. Bunu İranın Rusiyadakı səfiri Mehdi Sənayi facebook səhifəsində yazıb.

M.Sənayi bildirib ki, səfər zamanı Ə.Cənnəti Rusiyanın mədəniyyət naziri Vladimir Medinski ilə görüşəcək. Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində 3 il əməkdaşlıq proqramına dair sənəd imzalanacaq.

Səfirin sözlərinə görə, Ə.Cənnəti həmçinin Rusiyada bir sıra digər görüşlər də keçirəcək.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed