Şrift:
Hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulu başlayır
15.12.2015 [00:27] - Gündəm, Gənclik, Bildiriş
Hakimlərin Seçki Komitəsinin dekabrın 14-də keçirilən iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilib və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınıb.

Komitədən verilən məlumata görə, hakimliyə namizədlərin sənədləri 15 dekabr 2015-ci il tarixdən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcək (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə).

Hakimliyə namizədlər üçün əlverişli şərait yaradılması məqsədilə “Hakimliyə Namizədin Yaddaş Kitabçası”, tələb edilən sənədlərin siyahısı, hakim vakansiyaları barədə və digər məlumatlar Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib (www.jlc.gov.az).

İmtahanların keçirilməsi ilə bağlı digər aidiyyəti məsələlər barədə əlavə məlumat veriləcək. Əlaqə telefonu: (012) 510-22-97; (051) 510-22-97
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed