Şrift:
Suriyada “Sepah”ın daha 2 üzvü həlak olub
15.12.2015 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 2 üzvü Suriyada həlak olub.


İranın Xuzistan əyalətinin Ağacəri şəhərindən Suriyaya göndərilən “Sepah”çılar Əkbər Şir Əli və Məhəmməd Hadi Nejad dekabrın 12-də bu ölkənin Hələb şəhərində İŞİD qüvvələri tərəfindən öldürülüb. Onların Suriyaya nə vaxt göndərildiyi və meyitlərinin ölkəyə gətirilib-gətirilmədiyi barədə məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD qüvvələrinin əli ilə öldürülüb.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed