15.12.2015 [17:29] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkili Fərəc Quliyev hesab edir ki, qəsəbədə normal həyat bərpa olunub, dini inanclardan sui-istifadə hallarının qarşısı alınıb
Prezident İlham Əliyevin Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, orada sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması ilə bağlı sərəncam imzaladığı haqda məlumat vermişdik. Nardaranda həyata keçirilən son addımlar qəsəbənin yenidən həyata qaytarılması kimi qiymətləndirilir. Belə ki, sözügedən ərazi vahidi uzun müddət idi ki, ölkənin ümumi inkişafından geri qalmış hesab olunurdu. Buna səbəb isə bir qrup şəxsin qəsəbəni təcrid edərək uzun müddət spesifik “qanunlar”la yaşamağa məcbur etməsi idi. Orada həyata keçirilən əməliyyatlardan sonra isə qəsəbə onu girovluqda saxlayan terror qruplaşmasından təmizlənib, normal dinc həyata və ümumazərbaycan mühitinə qaytarılıb. Qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni –sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır. Belə ki, nəqliyyat sistemi yenidən təşkil edilib, böyük miqdarda borclara baxmayaraq, 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib. Həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC), “Azərsu” ASC, “Azəriqaz” İstehsalat Birliyi (İB) və “Azəravtoyolservis” SC rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyulub. Onu da qeyd edək ki, qəsəbəsinin abadlaşdırılması, infrastrukturun yenilənməsi, sosial problemlərinin həlli məqsədilə ayrılan 12 milyon manat ilkin məbləğdir. Qəsəbənin inkişafı, abadlıq-quruculuq işləri, sosial rifahın artırılması istiqamətində bundan sonra da dövlətin müvafiq addımlar atacağı mümkündür. Mövzu ilə bağlı fikirlərini “Kaspi”yə açıqlayan millət vəkili Fərəc Quliyev dedi ki, indiyə qədər də dövlət Nardarandan diqqətini ayırmayıb. Amma orada yaşayan bəzi vətəndaşlar özləri neqativ halların yaşanmasına səbəbkar olublar. Zərurət elə gətirdi ki, artıq hökumət başqa cür davranmalı oldu və oraya ayrılan maddi və mənəvi dəstəyin bundan sonra da artırılacağı şübhə doğurmur: “Prezidentin bu sərəncamını təqdir etməmək mümkün deyil. Qəsəbə ümumi inkişafdan geri qalmasa da, bəzi şəxslər oranın təcrid olunmasında maraqlı idilər. Dövlət indiyə qədər heç bir ərazisinə qarşı ayrı-seçkilik siyasəti aparmayıb, hamıya qarşı eyni münasibət göstərib və bütün bölgələrin inkişaf etməsini istəyib. Sadəcə olaraq, oradakı bəzi adamlar özlərini aqressiv aparır, ölkə qanunlarına tabe olmaq istəmirdilər. Onların arzuolunmaz davranışlarından biri o idi ki, orada bağ evinə sahib olan kənar adamları öz evlərinə buraxmırdılar. Deyilənlərin nə dərəcədə həqiqət olduğunu bilmirəm. Amma mənə belə deyiblər. Ən pisi isə o idi ki, oraya dövlət işçiləri də gedə bilmir, onlara işlərini icra etmələri üçün məhdudiyyətlər yaradılırdı. Məsələn, işıqçılar nəinki onlardan işıq pulunu yığa bilmir, hətta onlara sayğac qurmağa da imkan vermirdilər. Bəzi Nardaran sakinləri işlətdikləri işığın pulunu verməmək üçün işçilərə hədə-qorxu da gəlirmiş. Həmçinin də qəsəbədə mavi qazın satışı ilə bağlı eyni sözləri söyləmək mümkündür.Təbii ki, bütün bunlar yolverilməzdir, bütün dünyada insanlar işlətdikləri enerjinin pulunu ödəyirlər”.
Millət vəkili bildirdi ki, artıq qəsəbədə vəziyyət dəyişib: “Orada anlaşılmaz bayraqlar asılmış, yaşayanlar üçün qəribə tələblər qoyulmuşdu. Belə hallara son verilib. Bütün ərazilər kimi, artıq Nardaranda da Azərbaycan qanunları işləyəcək. İndiyə qədər hökumət onlara qarşı yumşaq davranırdı. Amma təəssüf ki, cahillik pik həddə çatdı və vəziyyət daha da pisləşdi, kənardan gələn qüvvələr qəsəbədə arzuolunmaz vəziyyət yaratdılar. Dövlət də məcbur qalıb bu neqativ vəziyyətə qarşı mübarizə aparmalı oldu. Göründüyü kimi, kifayət qədər yaxşı nəticə əldə olunub və dini inanclardan sui-istifadə hallarının qarşısı alınıb. Dövlət hər zaman hər bir vətəndaşına sahib çıxıb. İndi də belə oldu, Nardaran radikalların əlindən xilas edildi. Orada ekstremistlərə qoşulan, cahil vətəndaşlar var idi. Amma dövlət onlara da sahib çıxdı. Başqa cür ola da bilməzdi. Çünki onlar da bu ölkənin vətəndaşları, vətənin övladlarıdırlar. Bir ata təsəvvür edin. O, öz nadinc balasından imtina etmir ki. Onlar pis hərəkət etdikdə düzgün yola gəlmələri üçün cəzalar tətbiq edir, səhvə yol verdiklərini anlatmağa çalışır. Biz imkan verməməliyik ki, vətəndaşlarımızdan başqa dövlətlər öz maraqları üçün istifadə etsinlər. Bundan sonra oranın sosial rifahı yaxşılaşdırılacaq, problemlər öz həllini tapacaq. Məktəbə getməyən uşaqların təhsilini alması təmin ediləcək. Nəyə görə kimlərinsə təsiri ilə uşaqlar təhsilsiz qalmalıdır? Bu, yolverilməzdir. Bəlkə də həmin körpə uşaqlar Azərbaycanın ən tanınmış insanları olacaqlar? Bunun üçün onlara ən yaxşı şərait yaradılacaq. Əsas odur ki, qəsəbə xurafatçılardan təmizləndi, terrorçular zərərsizləşdirildi”.
F.Quliyev hesab edir ki, əgər qəsəbə radikal-ekstremist adamlardan təmizlənməsəydi, bu, ölkə olaraq da imicimizə ciddi zərə vurardı: “Həmin şəxslərə havadarlıq edən kənar qüvvələr sevinərdi. Deyərdi ki, Azərbaycanda bizdən çəkinirlər, üstlərinə getdikcə daha da qorxub geri çəkilirlər. Onların cavabı verilməli, hədləri bildirilməliydi. Faktiki olaraq, əhalini öz ölkəsinə qarşı qaldırmaq, dinlə dövlət arasına nifaq salmaq istəyirdilər. Halbuki bizim ölkəmizdə heç bir din təqib olunmur, inanclara hörmətlə yanaşılır. Ona görə də biz terrorçuları cəzalandırdıq, onları yerində oturtduq. Ölkədə ən mühüm məsələ insan amilidir. Öz insanımızın nə təsir altına düşməsinə, nə də radikal-ekstremist şəxsə çevrilməsinə imkan verməməliyik”.
Şəfa Tapdıq

Bu xəbər oxucular tərəfindən 1390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |