06.02.2012 [14:57] - Gündəm
Fevralın 7-si axşamdan Bakı ərazisində hava şəraiti yenidən kəskin soyuqlaşacaq və çovğun olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bazar ertəsi deyib ki, fevral ayının 7-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin saniyədə 10-15, arabir 18, axşama doğru 20 metrədək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə və gündüz saatlarında 0-3 dərəcə şaxta olacaq. Axşama doğru temperaturun mənfi 5-7 dərəcəyə enəcəyi gözlənilir. Yollar yenidən buz bağlayacaq.
Fevralın 7-dən 8-nə keçən gecə və 8-də gün ərzində hava şəraitinin daha da kəskinləşəcəyi gözlənilir. Belə ki, qar yağacaq, güclü şimal-qərb küləyi daha da şiddətlənəcək, küləyin maksimal sürəti arabir saniyədə 25-30 metrə çatacaq. Havanın temperaturu fevralın 7-nə nisbətən daha da aşağı enəcək, şaxtalar güclənəcək.
Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yaxın günlərdə ən kəskin hava şəraitinin fevralın 8-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.
Tağıyeva deyib ki, fevralın 7-si axşam və 8-də çovğun olacağı gözlənilir.
Bu proses fevralın 9-u səhərədək davam edəcək. Artıq fevralın 9-da yağıntılarda fasilənin olacağı, küləyin mülayimləşəcəyi gözlənilir.
Tağıyevanın sözlərinə görə, hazırda ölkə ərazisində şaxtalı hava şəraiti davam edir. Amma yaxın günlər ərzində ən çox hiss olunan güclü şaxta fevralın 7-si axşam və fevralın 8-nə gözlənilir.
Büro direktoru deyib ki, 110 illik meteoroloji müşahidələrə görə, fevralın 9-u və 10-da Bakıda və Abşeron yarımadasında sonuncu dəfə 1969-cu ildə 10 dərəcə şaxta olub. Yaxın günlər ərzində də temperaturun həmin rekord göstəriciyə yaxınlaşacağı gözləniliir.
Azərbaycanın rayonlarında fevralın 6-dan 7-nə keçən gecədən başlayaraq, fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə bəzi yerlərdə qarın güclü yağacağı gözlənilir.
Qeyd edək ki, son 10 gündə Bakıda iki dəfə çovğunla müşahidə olunan hava şəraiti qeydə alınıb.

Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |