Şrift:
"İnter" "Rəvan"a qalıb gələrək ikinci pilləyə yüksəlib
16.12.2015 [10:23] - Gündəm, İdman
Dekabrın 15-də Topaz Premyer Liqasında XVII tura start verilib.

Turun açılış matçında autsayder “Rəvan” doğma meydanda liderlər sırasında qərarlaşan “İnter” komandası ilə qarşılaşıb. Son beş çempionat matçında məğlub olmayan paytaxt klubu bu matçda uğurlu seriyanı davam etdirə bilməyib.

Əksinə, son üç qarşılaşmadan cəmi bir xalla ayrılan “İnter” bu uğursuzluğa nəhayət ki, son qoyub. Belə ki, tərəflər arasında keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə təsadüf edən qolların hər ikisi standart vəziyyətdən vurulub. Oyunda topa əsasən hakim olan “İnter” 52-ci dəqiqədə Xizanişvilinin qolu ilə hesabda irəli çıxıb-0:1. Limam Seydi 85-ci dəqiqədə “İnter”in ikinci topunu başı ilə qapıya yönəldib-0:2.

Səfərdən üç xalla ayrılan “İnter” turnir cədvəlində xallarının sayını 27-ə çatdırıb və ikici pilləyə yiyələnib. Bu qələbə sayəsində “Bankirlər”in xal sayı da “Qəbələ” ilə bərabərləşib. 11 xalla qalan “Rəvan” isə onuncu pillədə autsayderliyini davam etdirməli olub.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed