Şrift:
Azərbaycanlı fəal Möhsün Möhsünzadə Ərdəbil məhkəməsinə çağırılıb
17.12.2015 [15:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda azərbaycanlı gənc fəal Möhsün Möhsünzadə (Babək Turançı) milli zəmində apardığı dinc fəaliyyətinə görə Ərdəbil məhkəməsinə çağırılıb.
Fəala göndərilmiş çağırış vərəqəsində deyilir ki, o, dekabrın 28-də (deyin 7-də) Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsində olmalı, ifadə verməlidir. Azərbaycanlı fəal Ərdəbildəki ETTELAAT idarəsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və ona xələl gətirməkdə günahlandırılır.

Möhsün Möhsünzadə noyabrın 11-də Güney Azərbaycanın müxtəlif şəhərlərində rassizm və fars irqçiliyinə qarşı kütləvi etirazlarda tutulsa da, o 1 ay həbsdə saxlanıldıqdan sonra 20 milyon tümənlik mülk girovu qarşılığında yenicə azadlığa buraxılıb.

Qeyd edək ki, son ay yarımda Güney Azərbaycanın bütün bölgələrində fars irqçiliyinə qarşı etiraz aksdiyaları keçiriləndən bu yana İran təhlükəsizlik qüvvələrinin dinc fəallara qarşı təzyiq və təhdidi artıb.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed