06.02.2012 [17:19] - Gündəm
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri hesab edir ki, Şuraya əlavə səlahiyyətlərin verilməsi məqsədəuyğundur.
"Bilirsiniz ki, Azərbaycan telekanallarındakı izdivac verilişləri Milli Televiziya və Radio Şurasını çox narahat edir. Ancaq bizim bu kanalların işinə qarışmaq səlahiyyətimiz yoxdur. Biz bu istiqamətdə öz tövsiyələrimizi veririk", - bunu bazar ertəsi MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
O qeyd edib ki, Azərbaycan telekanallarında bayağı, şit, məzmunsuz verilişlər baş alıb gedir. Lazımsız mövzular efirə çıxarılır və müzakirə obyektinə çevrilir.
Məhərrəmli hesab edir ki, başqa ölkələrdə bununla bağlı olan qanunvericilik Azərbaycanda da tətbiq olunmalıdır.
"Ən azından Şuraya hər hansı bir verilişin, proqramın qısa müddət ərzində, yəni bir həftəyə qədər dayandırılması ilə bağlı səlahiyyət verilməsi məqsədəuyğun olardı, çünki elə verilişlər var ki, Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olmayan verilişlərdir və bunların dayandırılması ilə bağlı səlahiyyət Şuraya verilməlidir", - Məhərrəmli qeyd edib.

Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |