Şrift:
Üləma Məclisi və parlament seçkilərində namizədliyini irəli sürən şəxslərin qeydiyyata alınması davam edir
21.12.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Üləma Məclisi və parlament seçkilərində namizədliyini irəli sürmüş şəxslərin qeydiyyata alınması davam edir.
İran hökumət saytlarının yaydığı məlumata görə, dekabrın 20-si günorta saatlarına qədər Daxili İşlər Nazirliyində hər iki seçkidə namizədliyini irəli sürmüş 1311 nəfər qeydiyyata alınıb. Bunlardan 197-si Üləma Məclisi seçkisində namizədlərdir. Üləma Məclisi seçkilərində namizədliyini irəli sürən tanınmış rəsmilər arasında İran İslam Respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin nəvəsi axund Həsən Xomeyni də var. Namizədliyini irəli sürənlərin ikisi isə qadındır.

Yaxın günlərdə isə namizədliyini irəli sürəcək şəxslər arasında Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncaninin adı da hallanır. Onun özü isə iki həftə əvvəl verdiyi asçıqlamada Üləma Məclisində namizədliyini irəli sürəcəyini bildirib. Həmçinin namizədliyini irəli sürəcəyi şəxslər arasında İranın dini lideri ayətullah Əli Xamneyinin oğlu Muctaba Xamneyinin də adı hallansa da, sonradan məsələ araşdırılandan sonra bu xəbər təkzib edilib.

Qeyd edək ki, Üləma Məclisinin əsas funksiyası ölkənin dini liderini seçmək, hər hansı bir səbəbə görə vəzifəsini layiqincə yerinə yetirə bilmədiyi təqdirdə onu sorğu-suala tutmaq və ya onu tutuduğu vəzifədən azad etmək və bir sözlə onun bütün fəaliyyətinə nəzarət etməkdir. Üləma Məclisinə və ölkə prlamentinə seçkilər 2016-cı ilin martında eyni vaxtda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed