04.10.2011 [19:22] - Xəbərlər
Qanun layihəsi sabah Milli Məclisin komitəsində müzakirəyə çıxarılacaq
Eks-prezidentlər haqqında qanun Azərbaycanın hər üç sabiq prezidentinə - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyevə şamil olunacaq. Bu barədə millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev məlumat verib.
Q. Həsənquliyev bildirib ki, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu” layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi tərəfindən hazırlanıb: «Vaxtı ilə belə bir layihə hazırlanıb parlamentə təqdim olunmuşdu. Komitə o layihə üzərində işləyib və yeni qanun layihəsi hazırlanıb. Layihə parlament rəhbərliyi və hakim partiya ilə müzakirə olunub. Bu qanunun kimlərə şamil olunması kimi prinsipal məsələ ilə bağlı ölkə rəhbərliyinin siyasi iradəsi var».
Qanun layihəsi oktyabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində müzakirə olunacaq.
Qanun layihəsində eks-prezidentlərin və onların ailələrinin tibbi, maddi və sosial təminatı, həmçinin təhlükəsizliyi ilə bağlı məsələlər əksini tapıb.

Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |