Şrift:
Mən Günəşi göydə dana bilmirəm(M.Ə.Sabir) və yaxud Hərbə-zorbasız etiraf
21.12.2015 [12:47] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Bu dəfə oxuculara şeir oxumaq fikrinə düşdüm. Kimin şeirdən zəhləsi gedirsə,zümzümə edə bilər.
Yavaşdan zümzümə etməyə görə hələ ki heç kəsi qınamırlar...


Başladıq.....

Mən sığmıram qəliblərə ,ölçüyə,
Yeri gəlsə,kükrüyürəm,daşıram...
Tanımıram yolu kəsən sərhəddi,
Mən sərhəddi lazım gəlsə, aşıram.

"Yum gözünü, baxma" deyən adamlar
Susdurdumu Zeynaloğlu Sabiri?
Mən Sabiri ölü kimi görmürəm,
Nəzərimdə o, diridir, lap diri...

Kirimirəm, "kiri "deyən adamı
Susdurmasam, mən dayana bilmirəm.
Mən bu yanı , bu tərəfi görürəm,
Keçəm gedəm mən o yana...
Bilmirəm.

Naşı olub,naşılığın bilməyən
Adamlara salam vermək günahdır...
Adi sayı - yaxşılığın ölçüsün
Bilməyənə adam demək qınaqdır...

Bəs bildiyim,öyündüyüm nədir? Nə?
Vallah bunu söyləməyə dilim yox.
Dediklərim hər nədirsə,mənimdir,
Demədiyim dediyimdən ...
həddən çox....

Nazim Nəsrəddinov.
21.12.2015.

Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed