Şrift:
Fərəc Quliyev 10 ay əvvəl xəbərdarlıq etmişdi.
23.12.2015 [10:00] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Aktuallığını hələ də saxladığını düşünərək və bu ciddi xəbərdarlığın hokumət tərəfindən niyə nəzərə alınmadığına təəccüb və təəssüf edərək 10 ay əvvəl Fərəc Quliyev tərəfindən edilən çıxışı yenidən nəzərinizə çatdırırıq.

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatın Milli Məclisdə müzakirəsində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin çıxışı.
17 mart 2015-ci il.

“Sag olun,cənab Sədr.

Mən də hamını bayram münasibətilə təbrik edirəm.

Mən Hökumətdən bir neçə məsələyə aydınlıq gətirməsini istəyirəm:
Hazırda valyuta bazarındakı dalğalanma inkişaf etməkdə olan bütün ölkələrdə baş verir. ABŞ-ın Mərkəzi bankının keçirəcəyi növbəti toplantıdan gözləntilər dünya birjalarında dolların bahalaşmasına rəvac verib. Buna səbəb həmin toplantıda FEB-in faiz dərəcələrini artıracağı ilə bağlı qərarın verilməsinin gözlənilməsidir. Doğrudur indiki halda faiz dərəcələrinin artımı üşün heç bir iqtisadi əsas görmədiklərindən, mütəxəssislər ABŞ-ın Mərkəzi bankının faiz dərəcələrini artırmayacağını bir qədər gözləmə mövqeyi tutacaqlarını bildirirlər. Buna səbəb kimi ABŞ-da infilyasiya gözləntilərinin çox aşağı olması, iqtisadi inkişafla bağlı proqnozlar, işsizlik səviyyəsinin aşağı faizlə ifadəsi göstərilir. Amma, ABŞ sentyabr ayında faiz dərəcələrinə yenidən baxa bilər. ABŞ-ın uçot dərəcəsini qaldırması dolların bahalaçmasına səbəb olacaq. Dolların 5 faiz bahalaşması gözlənilir ki, belə halda qızılın unsiyası 16 faiz, avro isə dollara nisbətən 1,03 faiz aşağı düşə bilər. Təbii ki, bu proseslər Azərbaycan manatına qarşı da təziqləri daha da artıracaq. Çünki, inkişafda olan ölkələrin iqtisadiyyati, inkişaf etmiş ölkələrin iqtisadiyyatindakı dəyişikliklərə və şoklara daha həssas olur. Məncə ölkənin taleyi üçün narahat olan hər kəs üçün maraqlıdır –fevralın 21-də manatın devalvasiyasına gedən Mərkəzi bank dolların dəyəri artacağı təqdirdə hansı addımları atacaqdır?

Bundan başqa Avropa birliyi avro ilə bağlı yeni proqramı işə salmağa hazırlaşır. Bu layihəyə görə 60 milyard dəyərində pul çap edilərək dövriyəyə buraxılacaq. Bu isə avronu ucuzlaşdıracaq. Nəticədə avronun ucuzlaşması dollara olan tələbatı daha da artıracaq. Neftin ucuzlaşması, ABŞ iqtisadiyyatının getdikcə güclənməsinə dair məlumatlar dolları gücləndirən faktorlardır. Bu onu göstərir ki dollar bahalaşmaqda davam edəcək. Bu proseslər Azərbaycan manatına qarşı da təziqləri daha da artıracaq. Çünki azərbaycan manatı arxasında dayanan neftdən, neft pullarından asılıdır. Neftin qiymət dinamikasından asılı olaraq manatın da məzənnəsi dəyiçəcək. Neftin qiyməti 40 dollara düşəcəyi halda ikinci devalvasiya qaçılmaz ola bilər.Hökumət buna hazırdırmı?

Mərkəzi Bank, məzənnə dəyişikliyini bir çox amillərlə izah edib milli- iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək və.s.
Digər səbəb kimi Mərkəzi Bank onu da bildirib ki, manatın məzənnəsinin korreksiyası xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmasına xidmət edir.

Ucuzlaşan valyutalardan biri rus rubludur . 19.11.2014 –cü il tarixdə büdcə müzakirələrində mən bu məsələyə toxunmuşdum. Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Bu il rus valyutası dollara nisbətdə əhəmiyyətli dərəcədə dəyər itirib.Eyni zamanda Neft Fondu Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində səhmlərinin nominal dəyəri xeyli ucuzlaşıb. Həm VTB bankının səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin əhəmiyyətli dərəcədə “əriməsinə” gətirib çıxaracaq. Ona görə Neft Fondu rus rubluna münasibətdə siyasətinə redaktə etməli idi.

19.11.2014 –cü il tarixdə büdcə müzakirələrində mən başqa bir məsələyə də toxunmuşdum. Neftin qiymətinin 2015-ci ildə əvvəlcə 80 dollara, daha sonra isə 70 dollara qədər və daha aşağı düşə biləəcəyi gözlənilən idi. Bütün bu məqamlar, büdcə ilə bağlı müəyyən problemlər vəd edirdi.Dünya bazarında neftin qiymətinin 70 dollarlıq psixoloji baryerə yaxınlaşmasına rəğmən isə büdcədə neftin qiymətinin 90 dollar götürülməsi izah olunmalıdır.

Böhranlar maliyə sistemindən irəli gəlirsə ,bunun təsiri dərin olur və daha uzun müddət davam edir.Azərbaycan belə vəziyyətdə ,real olaraq uzun müddət davam edəcək olan aşağı sürətli böyümə xəttini modelləşdirməlidir.Ən azından isə tənəzzülə yuvarlanmama stratejiyasına malik olmalıdır.Hələliksə Hökumətin davranışlarından qənaət hasil edərək ,belə bir stratejiyanın olmadığını söyləmək olar.

Qlobal maliyyə böhranından çıxmaq üçün iqtisadiyyatı toparlamağa başlamaq lazımdır.Bunun üçün iqtisadiyyatın diversifikasiyası kənd təssərrüfatı ilə yanaşı həm də sənayeləşməyə bağlı olmalıdır.Bu istiqamətdə səmərəli,real addımlar atılmalı,rəqabət qabiliyyətli məhsullar istehsalına nail olunmalıdır.Hökumət infrastruktur islahatlarını həyata keçirmək üşün də cəsarətli addımlar atmalıdır.

Diqqqətinizə görə təşəkkür edirəm.”


PS: Hökumət məcburiyyət qarşısında bir ildə iki dəfə manatın ucuzlaşmasına qərar verdi.

Lakin hökumətin belə bir məcburiyyətdə qalmamasıyla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisdə başqa bir çıxışında hökuməti qabaqlayıçı tədbirlər görməyə çağıraraq konkret rəqəmlərlə bildirmişdi ki, “Ölkə iqtisadiyyatının diversifikasiyası hesabatdan da görünür ki, qaneedici həddə deyil. Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərli sayıla bilməz. 2014-cü ildə ölkə üzrə ticarət əməliyyatlarının həcmi 31,0 mlyard ABŞ dolları, o cümlədən idxal əməliyyatları üzrə 9,2 milyard ABŞ dolları, ixrac əməliyyatları üzrə isə 21,8 mlrd ABŞ dolları təşkil etmişdir. Nəticədə 12,6 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır. Amma bu müsbət saldo nəyin hesabına yarannmışdır? Təbii ki neftin. Hədəf isə bu 21,8 mlrd ABŞ dolları miqdarında ixrac məhsullarını ölkəmizdə istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsulları hesabına etmək olmalıdır. Amma bu istiqamətdə göstərilmiş fəaliyyət qənaətbəxş sayıla bilməz. İdxal olunan 9,2 milyardlıq məhsulların isə əksəriyyəti ölkəmizdə istehsal olunan və ya oluna bilən məhsullardır. Ən qəbulolunmazı isə odur ki, idxal məhsullarının bir çoxuna gömrükdə müvafiq avtonom tariflər tətbiq olunmadığından yerli istehsal məhsulları xaricdən gətirilən eyni adlı məhsullarla rəqabətə tablaşmır, süni şəkildə sıxışdırılır və bu məhsulların istehsalına maraq azalır. Bu isə ərzaq təhlükəsizliyi baxımından və tələbatın yerli istehsal hesabına ödənməsi baxımından neqativ haldır. Həm də iş yerlərinin azalmasına aparan haldır.”

Fərəc Quliyev qabaqlayıcı tədbirlərdən biri kimi, Azərbaycan üçün əlverişli olan aqrar sektora diqqətin ayrılmasını təklif etmişdi:

“Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri zəifləyib. Vergi daxil olmalarında qeyri-neft sektorunun payı isə cəmi 34 faizdir.

Bu onun nəticəsidir ki, daxildə istehsal lazım olan səviyyədə stimullaşdırılmır, beləliklə, xarici bazara çıxarılan mallarda azalma müşahidə olunması gələn il də davam edəcəyi qaçılmazdır. Etiraf olunmalıdır ki, keçən dövrdə İxrac-idxal əməliyyatları üzrə müsbət saldonu qeyri-neft məhsulları hesabına əldə etmək üçün hökumət yerli və yeni məhsullarla ixracat hücumu təşkil edə bilmədi. Aqrar sektora üstünlük verməklə daha çox rayon və şəhərlərin mərkəzi xərclərdən azad olunması siyasəti yetərincə aparılmayıb və qaneedici sayıla bilməz. Amma əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla, daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilərdi.

Amma bu yanaşma qarşıdakı ildə mütləq reallaşdırılmalıdır.”

Hökumət təklifləri tam mahiyyəti ilə dəyərləndirə bilmədi və nəticədə milli valyutanın bir ildə ikinci dəfə kəskin ucuzlaşması ciddi narazılıqlara səbəb oldu.
Lakin, bütün bunlara baxmayaraq indi qarşıda duran əsas problem qiymət artımı ilə bağlı yarana biləcək problemdir. MDHP bununla bağlı mövqeyini Milli Məclisdə artıq ortaya qoyub və partiyanın sədri, millət vəkili Fərəc Quliyev hələ ilin əvvəlində baş vermiş birinci devalvasiya zamanı Parlamentdə MDHP adından bildirib ki, “İndiki vəziyyətdə qiymət artımının qarşısını almaq inandırıcı deyil. Ona görə hökumət gecikmədən son valyuta tənzimlənməsindən sonra əhalinin kredit, əmanətlər və daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik perspektiv üçün antiböhran proqramlarını işə salmalıdır. Hökumət əhalinin ziyan çəkməməsi, sosial ehtiyaclı insanların müdafiəsi üçün qiymət artımının qarşısını almaq, maaş və pensiyaların yeni inflyasiya indeksinə uyğunlaşdırılması, yaşayış minimumu və aylıq istehlak səbətinə yenidən baxmaq üçün mənbələr tapılmalıdır.”

Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidməti
22.12.2015
Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed