Şrift:
Barak Obama: Mən açıq şəkildə demişəm ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər şeyi edəcəyik
07.02.2012 [10:39] - Gündəm
ABŞ İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün İsraillə yaxından əməkdaşlıq edir. Bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, İsrailin İranın nüvə obyektlərinə hücum edib-etməmək haqda hələlik qərar vermədiyinə inanır: “İsrailin bu məsələni necə həll edəcəyinə dair hələlik qərar vermədiyinə inanıram. ABŞ və İsrail İranın Fars körfəzində və Hörmüz boğazı ilə bağlı hədələrinin diplomatik yolla qarşısının alınmasına çalışacaq. Lakin bu da yeganə yol deyil. Düzdür, hazırda masa üzərində hər hansı həll yolu da yoxdur. Ancaq mən açıq şəkildə demişəm ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər şeyi edəcəyik. Bu məsələdə İsraillə hər addımı dəqiqləşdiririk. Hesab edirəm ki, İsrail İranın mübahisəli nüvə proqramı barədə narahatlıq keçirməkdə haqlıdır. Biz dünya ictimaiyyətini indiyədək görünməmiş şəkildə səfərbər etmişik və onlar bu ehtiyacı və təzyiqi hiss edirlər. Lakin hələ hansı addımı atacaqlarına qərar verməyiblər. Biz nüvə enerjisindən dinc məqsədlərlə istifadənin əleyhinə deyilik, amma nüvə silahının istehsalının qarşısını almağa çalışacağıq”. B. Obama deyib ki, Fars körfəzində hər hansı yeni hərbi əməliyyat bütünlüklə region üçün təhlükə yaradır: “Yeni münaqişə ABŞ-a və neft qiymətlərinə güclü təsir göstərəcək. ABŞ-ın hələ də İranla sərhəddə yerləşən Əfqanıstanda qoşunları var. Ona görə də bu problemin diplomatik yolla həllinə üstünlük veririk”.
Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed