07.02.2012 [12:01] - Xəbərlər
Bu yaxınlarda İranın orbitə buraxdığı öz istehsalı olan "Navid-e Elm-o Sanat" peyki Yer ətrafında 50 dövrə vurub. Bu barədə bazar ertəsi ISNA agentliyi məlumat verir.
"Navid-e Elm-o Sanat" orbitə fevralın 2-də çıxarılıb. Onun buraxılışı milli "Fəcr ongünlüyü"nün qeyd idilməsi ilə eyni günə salınıb, buraxılış İran Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə həyata keçirilib.
İranın Milli Kosmik Agentliyinin rəhbəri Həmid Fazili buraxılan peyk və onun imkanları haqqında bəzi təfərrüatları açıqlayıb.
"Navid-e Elm-o Sanat-ın çəkisi 50 kiloqramdır və kompüter əsasında qurulan mikropeykdir. Bunun hesabına onu Yerdən idarə etmək mümkündür. Mikropeyk Yerin fotoşəkillərinin çəkilməsi üçün nəzərdə tutulub", - o deyib.
Fazili bildirib ki, peyk Yerdən 250-375 kilometr hündürlükdə şəkil çəkə bilər.
İranın Milli Kosmik Agentliyinin vəzifəli şəxsləri bir müddət əvvəl bildirmişdilər ki, 2012-ci ildə "Zəfər" adlı daha bir peykin buraxılışı həyata keçiriləcək. Onun çəkisi 90 kiloqram olacaq və Yer ətrafında elliptik orbit üzrə dövrə vuracaq.
İran özünün "Ümid" adlı ilk peykini 2009-cu ildə buraxıb.
İran BMT-nin Kosmik məkandan istifadə üzrə komitəni təsis edən 24 üzvündən biridir.
Tehran kosmosa ilk kosmonavtını 2019-cu ildə göndərmək niyyətindədir.

Bu xəbər oxucular tərəfindən 1628 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |