Şrift:
İrakli Qaribaşvili istefa verdi
24.12.2015 [10:42] - Gündəm, Borçalı
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib.

"Qruziya Onlayn"nın verdiyi məlumata görə, bu barədə İ.Qaribaşvili hökumət administrasiyasının təcili brifinqində bildirib.

Gürcüstan Konstitusiyasına əsasən, Baş nazir istefa verərsə, hökumətin bütün tərkibi avtomatik olaraq səlahiyyətlərini dayandırır və vəzifəsini icra edən statusunda olur.

Baş nazir postuna xarici işlər naziri Georgi Kvirikaşvilinin təyin ediləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed