07.02.2012 [14:40] - Gündəm
Güney Azərbaycanlı mədəni fəal İbrahim Əhmədi dünyasını dəyişib
Güney Azərbaycanın Miyana şəhərinin orta məktəblərində ədəbiyyat üzrə müəllimlik edən, azərbaycanlı mədəni fəal İbrahim Əhmədi dünyasını dəyişib. Şair, tənqidçi və türk dili üzrə tədrisçi azərbaycanlı mədəni fəalın dünən fevralın 6-da (bəhmənin 17-də) ürəyi dayanıb.Qeyd edək ki, adını çəkdiyimiz fəal keçən illərdə milli-mədəni zəmində geniş fəaliyyət göstərib.Onun dəfn mərasimi bu gün Miyanada keçiriləcək. Mərasimin İsmail İmamzada hərəmindən “Qolzar-i mömin” tərəfinə keçiriləcəyi bildirilib.
ALLAH rəhmət eləsin!
Təbrizdə etiraz aksiyası keçirəcək
Fevralın 21-də İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində etiraz aksiyası keçiriləcək., Buna səbəb 2012-ci il yanvarın 29-da paytaxt Tehranda, “Azadlıq” stadionunda keçirilmiş “İstiqlal” - “Traktor” görüşündə oyunun baş hakimi Möhsün Torkinin Təbriz komandasının əleyhinə verdiyi səhv qərarlardır. Aksiya yerli vaxtla saat 15:00-da Rasta küçəsindən Təbriz şəhər bələdiyyəsinin binasının qarşısınadək keçiriləcək.
Təbrizdə tutuqlanan Mühəndis İbrahım Rəşididən (Savalan) heç bir xəbər yoxdur
23 Yanvarda Təbrizdə tutuqlanan Mühəndis İbrahım Rəşididən (Savalan) heç bir xəbər yoxdur. İttilaat məmurları İbrahım bəyə evlərinə zəng etməyə də izn verməmişlər.Azərbaycan şəhərlərində tutuqlama dalğası başlamışdır və bütün bunlarla yanaşı onlardan heç bir xəbərin olmaması nigaranlığı iki qat artırmışdır. İbrahım bəy Savalanın ailəsinin məhkəmə və İttilaat idarəsinə müraciətinin heç bir nəticəsi olmamışdır. Məsullar bu milli mübarizin durumu haqqında heç bir bilgi vermirlər.Mühəndis İbrahım Rəşidi( Savalan), jurnalist, insan haqları aktivisti, Türk dili və sosyoloji öyrətmənidir. Bu yorulmaz mübariz, dəfələrlə İttilaat məmurları tərəfindən tutuqlanmış, işkəncə olunmuş və zindana atılmışdır. İbrahım bəy, Şəhriyar adına ədəbiyyat dərnəyinin qurucularından və keçmiş katibi olmuş, Azərtorpaq qeyri- hökümətin təşkilatının qurucularından, eləcə də Pro. Zehtabinin əzizləmə qurultayı, Səttarxan qurultayı və İranda yaşayan millətlərin dili qurultayının da katibi olmuş. İbrahım bəy, həm də Ulduz dərgisinin məsulu, Bulud dərginin imtiyaz yiyəsi, Oyanış və Baxış dərgilərinin isə redaksiya heyətində olmuşdur.
Molla rejimindən daha bir İransayağı qadağa
İranda cizgi film qəhrəmanları “Simpsonlar” da qadağan olunmuş oyuncaqlar siyahısına salınıb.Uşaq və Gənclərin İntellektual İnkişafı İnstitutu Qərb mədəniyyətinin təbliğinin qarşısını almaq üçün belə bir qərar verib.Qeyd edək ki, İranda ötən ay polis onlarla mağazanı “Barbi” kuklaları (ərusək) satdığı üçün bağlayıb.
Milli takımlarımız müsabiqəyə hazırlaşırlar
Təbrizin “Traxtur” və “Şəhrdari” futbol takımları (timləri) növbəti müsabiqəyə hazırlaşırlar.İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 25-ci həftəsində keçiriləcək müsabiqədə, “Şəhrdari” ilə “Şahin” və “Traxtur”la Abadanın “Neft” takımları qarşılaşacaqlar.“Şəhrdari-Şahin” yarışı fevralın 7-i (bəhmənin 18-i) Təbriz vaxtı ilə saat 15:00-da Buşehrin “Beheşti” stadionunda (stadyom) başlayacaq.“Traxtur-Neft-i Abadan” yarışı isə fevralın 8-i (bəhmənin 19-u) yerli vaxtla saat 15:30-da Təbrizin “səhənd” stadionunda start götürəcək.Hər iki takımımıza uğurlar arzulayırıq.
XUZİSTAN ƏYALƏTİNDƏ TUTULAN 3 FƏAL ZİNDANDA ÖLÜB
Son günlər İranın sünni ərəblər yaşayan Xuzistan əyalətinin müxtəlif şəhərlərində divarlara şüarlar yazarkən tutulan 49 gənc fəaldan 3-ü zindanda işgəncələr altında keçinib. Fəallar parlament seçkisini boykot etməyə çağıran şüarlar yazarkən tutulmuşdular.
İranda parlament seçkisi bu ilin martında keçiriləcək.
Əhvaz İnsan Hüquqları Təşkilatının Londondakı təmsilçisi Hamid Konani “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında əyalətin Şuş, Həmidiyyə, Əhvaz və Dezful şəhərlərində gənc ərəb fəalların geniş həbsinə başlandığını bildirib: “Üst-üstə 49 nəfəri tutub həbsə salıblar. Tutulanlardan indiyə qədər 3-ü - Nasir Albuşoke Deraəfşan, Məhəmməd Kəbi və Rza Məqaməsi zindanda fiziki işgəncə nəticəsində keçinib. Həbsdə saxlanan digər fəalların canı təhlükə altındadır”.
Hamid Konani yerli ərəb xalqının tələblərinə də toxunub: “Ərəb xalqı İran Konstitusiyasında öz əksini tapmış milli və dini hüquqlarının dinc yollarla tanınmasını istəyir. Lakin İran İslam Respublikası və onun rəsmiləri hətta özlərinin hazırlayıb yazdığı konstitusiyaya da hörmətlə yanaşmır”.
Obama İranın ABŞ-dakı bütün dövlət aktivlərini dondurdu
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama İrana qarşı yeni sanksiyaların tətbiqinə dair sərəncam verib. Obama əsasən, ABŞ ərazisində olan İranın bütün dövlət aktivlərinin dondurulmasına göstəriş verib. Bura İranın Mərkəzi Bankına məxsus aktivlər də aiddir. Barak Obamanın fikrincə, Tehrana qarşı yeni sanksiyaların tətbiq edilməsi İran Mərkəzi Bankının "dələduz təcrübələri" və İranın əməllərinin dünya maliyyə sistemi üçün törətdiyi "yolverilməz risk"lə izah edilir.
"Bu tədbirlər İran rejimini öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsinə görə məsuliyyətə cəlb etmək istiqamətində ABŞ administrasiyasının qətiyyətini nümayiş etdirir" - Barak Obama belə deyib.
Xatırladaq ki, 2011-ci ildə ABŞ, Kanada, eləcə də Böyük Britaniya və Avropa Birliyinin digər ölkələri İran bankları, o cümlədən İranın Mərkəzi Bankı ilə istənilən əməliyyatların həyata keçirilməsinə qadağa qoymuşdu. ABŞ və Qərb ölkələri İrana qarşı sanksiyaları Tehranın nüvə proqramını dayandırmaqdan imtina etməsinə cavab olaraq irəli sürürlər
İRANDA 11 BƏHAİ TUTULUB
İranın Şiraz şəhərində bəhai dininə mənsub 11 nəfərin tutulduğu bəlli olub.
“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Şiraz şöbəsinin əməkdaşları fevralın 3-də 11 bəhai vətəndaşı evlərində tutublar. Tutulanların evlərində axtarış aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar götürülüb.
Həbs edilən bəhailər bunlardır: Pəyam Təslimi, Müjdə Fəllah, Mojqan Emadi, Sina Sarixani, Yekta Fəhəndəj, Sam Cabiri, Faizə Təşəkkür, Nura Fəllah, Nima Dehqan, həyat yoldaşı Jinus Fənaiyan və 9 aylıq qızları Jina Dehqan.
Jinus Fənaiyan və 9 aylıq qızı Jina bir gün saxlandıqdan sonra buraxılıblar. Bəhailərin hazırda Şiraz həbsxanasında saxlandığı bildirilir.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşayır. Amma İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır.
İsarilin İrana Hücum Etme Ehtimalı Günü Gününə Yüksəlir
Amerikan mediası İsrailin İrana hücum tənzimləmə ehtimalının artdığını iddia edir.Amerikan Vaşinqton Post qəzeti, Müdafiə etmə Naziri Leon Panettanın, bir neçə ay içində İrana istiqamətli bir İsrail hücumu ehtimalının artmasından əndişəli olduğunu yazdı.
Ardından Amerikan CNN televiziyası da,Obamanın rəhbərliyində olan bir üst səviyyəli səlahiyyətliyə dayanaraq bu xəbəri verdi.
Xəbərlərə görə Panetta, İsrailin Aprel, May ya da İyun ayı kimi yaxın bir tarixdə İranı vuracağı düşüncəsindədir, Səbəb isə İranın bu tarixlərdə nüvə silah çıxarmada kritik eşiyi keçə biləcəyi iddia edildi.
Vaşinqton Post isə, daha öncə təxirə salınan Amerikan - İsrail ortaq əsgəri manevrinin bu yazda ediləcəyinə diqqət çəkir. Bu xəbərlərin İsraildən gələn açıqlamayla ki "İran bir il içində nüvə bomba edə bilər" eyni zamana rast gəlməsi diqqət çəkir.
Millət vəkilləri “Traxtur-İstiqlal” müsabiqəsinin qərəzli hakiminə etiraz ediblər
Şərqi və Qərbi Azərbaycan Əyalətlərinin millət vəkilləri, “Traxtur-İstiqlal” müsabiqəsindəki ədalətsiz hakimliyə öz etirazlarını bildiriblər.2012-ci il yanvarın 29-u (1390-cı il bəhmənin 9-u) Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur”la Tehranın “İstiqlal” takımları (tim) arasında keçirilən müsabiqədə hakim tərəfindən açıq-aşkar ədalətsizlik qeydə alınıb. Məlumata görə, millət vəkilləri İdman və Gənclər Nazirliyinə etiraz məktubu yazıblar. Məktubda “Traxtur-İstiqlal” müsabiqəsindəki hakimlik tərzinə ciddi şəkildə etiraz bildirilib və bu məsələyə baxılması istənilib.Millət vəkilləri “Traxtur” tərəfdarlarına da işarə ediblər. Onlar, “Traxtur” tərəfdarlarını ictimai sərmayə adlandırıblar.Məktubda tələb olunub ki, “Ən qısa zamanda federasiya məsulları, hakimlər komitəsi, “Traxtur” klubu, “Traxtur” takımı məsulları, bədən tərbiyyəsi məsulları və nazirin özünün iştirakı ilə bu məsələyə baxılmalı, xətakarlar tənbeh edilməli, takıma vurulan xəsarət ödənilməli və Azərbaycan xalqından üzr istənilməlidir.
Urmuya göz tikənlərə layiqli Cavab: “Təbriz, Bakı, Ankara – Bizlər hara fars hara!”
Güney Azərbaycanın Urmu şəhəri öz tarixi, əsilliyi və canfəşanlığı ilə yenədə parlamaqdadır.İran üzrə voleybol klublarının superliqa rəqabərlərinin çərçivəsində keçirilən müsabiqədə təhlükəsizlik qüvvələrinin bütün hazırlıqlarına baxmayaraq, Urmulu soydaşlarımız Urmuya layiq şüarlar səsləndirdilər.Amolun Kale takımı ilə keçirilən müsabiqədə, Soydaşlarımız bu şüarlarla Urmuya göz tikən terrorçular və fars şovinizminə ciddi mesaj ünvanlayıblar.“Əlqədir” stadionunda (stayom) bulunan 7000 nəfərdən çox soydaşımız aşağıdakı şüarları səsləndiriblər:
- Təbriz, Bakı, Ankara – Biz hara farslar hara?!
- Ya ya ya Şa şa şa Azərbaycan çox Yaşa
- Yaşasın Azərbaycan
- Yaşasın Urmiyyə
- Urmiyyəni el istər – Şərəfli millət istər
- Azərbaycan var olsun – İstəməyən kor olsun
- Urmiyyə, Urmiyyə sən qəhrəmansan – Azərbaycanıma sən iftixarsan
15 min İran əsgəri Esad tərəflərində döyüşmək üçün Suriyaya gönderildi
Bəşər Esadın arxasında olduğunu hər fürsətdə dilə gətirən İran, Qərbi şok edən hücumunu etdi. "Qüds Qüvvətləri" adı verilən 15 min əsgərdən ibarət olan xüsusi birlik, müxaliflərə qarşı döyüşmək üçün Şama getdilər.
suriyeye göndərilən əskərlər İran İnqilab Gözətçilərinə bağlı "Qüds Qüvvətləri" adı verilən xüsusi bir birlikdir.
Tahran rəhbərliyi müxaliflərə qarşı döyüşmək üzrə daha əvvəl İraq döyüşündə istifadə etdiyi xüsusi birliyi Esada göndərdi. Ən çox bir ay daha dözə biləcəyi deyilən Esada bağlı ordunun, İrandan gələn bu möhkəmlə birliklə, Humus və Zabadani bölgəsində itirilən gücünü yenidən qazanmaq istədiyi deyilir.
Suriyalı səlahiyyətli etdiyi açılamada, İrandan gələn 15 min əsgərlə birlikdə muhalifllərlə savaşacaqlarını və beləliklə Esada bağlı təhlükəsizlik güclərinə kömək edəcəklərini söylədi.
TÜRKİYƏ: İRANIN QAZ YANACAĞI BAHALIDIR
Türkiyənin Enerji baxanı, çıxışında bildirmiş ki, Tehran dövləti Ankaranın istəyi əsasında qaz qiymətini endirməsə, Türkiyə beynəlxalq məhkəməyə İran əleyhinə şikayət edəcəkdir.“Taner Yıldız” jurnalistlərin Türkiyənin istəyinə İranın cavabı haqqında soruşduğu suala cavabda bildirib, İran qazı başqa ölkələrlə müqayisədə yüksəkdir və əyər İran dövləti qiyməti endirməsə beynəlxalq məhkəmədə məsələni qaldıracağıq.Enerji baxanın artırıb, biz bundan öncə Rusiyadan da istəmişdik ki, qazın qiymətini endirsin və Rusiya buna müsbət cavab vermişdir.Enerji baxanı söyləmiş: qarşıdakı günlərdə İrandan şikayətimizi beynəlxalq məhkəməyə verə bilərik.Amma “Məcid Bucarzadə”, İran qaz şirkətinin sözçüsü söyləmiş ki, biz Türkiyənin Butaşından rəsmi olaraq belə bir təklif almamışıq.
İranda BBC üçün xəbər və məlumat göndərən bəzi şəxslər həbs olundu
İranda İngilis yayın qurumu BBC üçün xəbər və məlumat göndərən bəzi şəxslərin BBC ilə əməkdaşlıq etdikləri səbəbiylə həbs olunduqları bildirildi.Mehr Xəbər Agentliyi, bir təhlükəsizlik səlahiyyətlisinə əsaslanaraq yazdığı xəbərdə, "BBCin Farsca xidməti üçün xəbər və məlumat göndərməklə yanaşı müxtəlif fəaliyyətlərdə olan bəzi şəxslərin həbs olunduqlarını" açıqladı, ancaq bu şəxslərin sayı ilə əlaqədar detaylı açıqlama vermədi.Həbs olunanların, "mətbuat sahəsində təhsil almaları və işə alınmaları üçün xaricə adam apardıqlarının da bəlli olunduğu" açıqlandı.Bu şəxslər haqqında hazırlanacaq iddianamənin mühakimə orqanlarına göndəriləcəyi və ölkə təhlükəsizliyi əleyhinə fəaliyyətdə olduqları günahından mühakimə olunmalarının istəniləcəyi ifadə edildi.İranda mətbuat qanununa göra, səlahiyyətli orqanların izni olmadan BBC kimi xarici mətbuat qurumlarına çalışanlar haqqında qanuni cəzalar verilə bilir.
Ankara Suriya məsələsində Tehranı tənqid edib
“Maraqlıdır, görəsən, niyə İran və regionun digər ölkələri Suriyadakı zorakılıq qarşısında susurlar?”
Suriyada baş verən zorakılıq qarşısında susan region (bölgə) ölkələri öz adlarından "İslam" sözünü çıxarmalıdırlar. Bunu Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç bəyan edib. Trend-in məlumatına görə, xəbəri “Zaman” qəzeti yazıb.“Maraqlıdır, görəsən, niyə İran və regionun digər ölkələri Suriyadakı zorakılıq qarşısında susurlar?” - o deyib.Bülənt Arınçın sözlərinə görə, Türkiyə həmişə suriyalıların tələblərini dəstəkləyəcək və bu ölkədəki qanlı hadisələrin qarşısının alınması üçün əlindən gələn hər şeyi edəcək.Rusiya və Çin veto hüququndan istifadə edərək BMT TŞ-nin (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası) Suriya üzrə qətnaməsinin qəbuluna mane olublar. Bu artıq BMT TŞ-nin daimi üzvləri kimi RF və Çinin Suriya üzrə qətnaməsinin qəbuluna yol verməmələri ilə bağlı ikinci haldır.Suriya 9 aydır ki, getdikcə zorakılıq xarakteri (mahiyyət) alan hökumət əleyhinə aksiyalar (yürüşlər) şəraitində yaşayır. Gündəlik olaraq həm dinc əhali, həm də güc qurumları arasında ölüm halları haqqında məlumatlar daxil olur. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc qurumları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.

Bu xəbər oxucular tərəfindən 1516 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |