07.02.2012 [16:15] - Diaspor
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu – ASAIF Türkiyədə böyük yürüş-aksiya keçirməyi planlaşdırır.
"1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.
Bu il, bu dəhşətli faciədən 20 il ötür. Bu zaman ərzində hər bir azərbaycanlı bu dəhşətli hadisəni yaddaşında “qanlı yaddaş” kimi həkk edib, qorumaqdadır. Şəhidlərimizin ruhu qarşısında borcumuzu az da olsa ödəmək, onların ruhlarını şad etmək və Vətənimizin haqq səsini dünya ictimaiyyətinə duyurmaq məqsədi ilə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu – ASAIF qardaş ölkə Türkiyədə böyük yürüş-aksiya keçirməyi planlayır. Bu aksiyanın son 20 ildə böyük Türk milləti tərəfindən keçirilən ən böyük aksiya olacağı gözlənilir. Türkiyənin bütün şəhərlərində azərbaycanlı və Azərbaycanı sevən Türkiyəli Türk qardaşlarımız, həmçinin Avropa ölkələrində və dünyanın bir çox yerində Vətən sevgisi ilə yanan ürəklər 26 fevral 2012 tarixində məhz bu aksiya çərçivəsində İstanbulda Taksim meydanında (yer dəyişikliyi olsa xəbər veriləcək) Xocalı qətliamında şəhid olan həmvətənlərimizin əziz xatirələri üçün birləşəcək! Xatırlatmaq istərdik ki, bu il Avropanın bütün demokratik dəyərlərinə və Avropanın demək olar mənəvi əsasını təşkil edən söz azadlığı və şəxsi fikrin rahat şəkildə ifadəsi prinsipini alt-üst edərək Fransa senatı qondarma “Erməni soyqırımı”nı inkar edənlərə 1 il həbs və 45 min avro pul cəzası qanunu qəbul etmişdir. Xocalıda törədilənlər isə müasir tarixin ən ağır və insanlıq dəyərlərinə sığmayan bir vəhşilik aktı olmasına baxmayaraq dünya ictimaiyyəti tərəfindən hələ də yetəri qədər bilinmir. Məhz planlaşdırılan bu aksiya ilə dünya Türkün gücünü və birliyini hiss edəcək. Qeyd etmək istərdik ki, bu aksiyaya Türkiyədə fəaliyyət göstərən onlarla gənclər və tələbə təşkilatları, ictimai birliklər, Türk təşkilat və hərəkatları tam dəstək verməkdədirlər.
Aksiya haqqında yenilənən məlumatları Facebook-da “AZERBAYCAN-TÜRKİYE, HOCALİ İÇİN TEK YÜREK!” tədbirinə qatılaraq və ya twitter-də @hepimizhocalili adını izləyərək əldə edə bilərsiniz. Xocalı Soyqırımı haqqında daha geniş məlumat üçün ASAIF rəsmi veb səhifəsi www.asaif.org -a daxil olmağınız kifayətdir. İstənilən məsələ ilə bağlı suallarınızı və təkliflərinizi hepimizhocalili@gmail.com ünvanına göndərə bilərsiniz".

Bu xəbər oxucular tərəfindən 1220 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |