Şrift:
Azərbaycanda hüquqi şəxs anlayışı dəyişir
29.12.2015 [10:15] - Gündəm, Hüquq
Azərbaycanda hüquqi şəxs anlayışı dəyişdirilir. Milli Məclisdən verilən məlumatına görə, bu barədə məsələ Mülki Məcəlləyə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin 43.5-ci maddəsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçılar arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Hazırki maddədə isə hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər.
Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed